Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2017
09:40
Tovuzda müəllim uşağı belə döydü - VİDEO

Tovuzun Qalaboynu kəndində müəllimin şagirdi döyməsi telefonla çəkilib. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, görüntülər Tovuz rayonu Qalaboynu kənd məktəbində çəkilib. Şagirdlərə qarşı zorakılıq edən hərbi hazırlıq müəllimi Mövsüm Sadıqovdu.

Məsələni araşdırmaq üçün həmin məktəbə üz tutub elə həmin müəllimin özünü tapdıq. Görüntülərin montaj olduğunu iddia edən müəllim ittihamlarla razılamadı.

Mövsüm Sadıqov bildirib ki, o heç bir halda şagirdlərə zor tətbiq etmir.

Müəllim hər nə qədər ittihamları qəbul etməsə də, görüntülər ortadadır.

Məsələ ilə bağlı həm Təhsil Nazirliyinin, həm də Rayon Təhsil Şöbəsinin mövqeyini öyrənməyə çalışdıq.

Təhsil Nazirliyindən məsələyə Rayon Təhsil Şöbəsinin mövqe bildirəcəyi deyilib. Gün ərzində cəhdlərə baxmayaraq Rayon

Təhsil Şöbəsindən məsələyə münasibət almaq mümkün olmayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 04:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com