Kaliforniyada müəllimənin əri ibtidai məktəbə silahlı basqın etdi-VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2017
10:00
2515
Kaliforniyada müəllimənin əri ibtidai məktəbə silahlı basqın etdi-VİDEO
Ölənlər və yaralananlar var

Amerikanın Kaliforniya ştatında San Bernardino şəhərində ibtidai məktəbdə atışma olub. Ölənlər və yaralılar var. FaktXəbər-in AP-yə istinadən verdiyi məlumata görə, atışma məktəbdə işləyən müəllimənin həyat yoldaşı tərəfindən həyata keçirilib. Müəllimə ilə ailə həyatı qurana qədər 53 yaşlı Sedrik Andersonda silah olub, bundan əlavə o, evdə zorakılıq hadisələrinə görə polisin nəzarətində olub. Ehtimal edilir ki, o, narkotik də qəbul edirmiş.

Yerli KİV bildirir ki, məktəb işçilərinə həyat yoldaşı üçün nəsə gətirdiyini deyib. Məktəbə daxil olandan sonra birbaşa sinfə gedən Anderson dərhal atəş açmağa başlayır.

AP bildirir ki, caninin əsas hədəfi həyat yoldaşı olan 53 yaşlı müəllimə  İleyn Smit olub. O, və arxasında duran Conatan Martines adlı 8 yaşlı uşaq olub.

Daha bir zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun  vəziyyəti stabil qiymətləndirilir.

Cani özü də intihar edib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 07:33



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com