Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2017
11:58
3146
Ermənistanda `Qarabağ` pomidoru - FOTO

FaktXəbər.com-un verdiyi məlumata görə, Ermənistanın  Ararat vilayətində üzərində "Qarabağ" ("Карабах") əmtəə nişanlı Türkiyə pomidorları bazara çıxarılıb. Bu Ermənistanda böyük narazılığa səbəb olub. 

"Ermenihaber" saytı Türkiyənin Antalya şəhərində «Şahtu Tarım Ürünleri» şirkəti ilə əlaqə saxlayıb. Nəticədə məlum olub ki, kompaniya Azərbaycandan olan Sevda adlı xanım və türk həyat yoldaşı ilə birlikdə ailə biznesi çərçivəsində fəaliyyət göstərir. 

Sevda xanımın sözlərinə görə, ailə kompaniyası malları Gürcüstan, Azərbaycan, Ukrayna  və digər ölkələrə göndərir.

Pomidorların üzərində «Qarabağ» əmtəə nişanının rus dilində yazılmasına gəldikdə isə, müəssisənin rəhbəri bunu malların rus dilini bilən keçmiş SSRİ dövlətlərinə göndərilməsi ilə əlaqələndirib.

Kompaniya rəhbəri  həmçinin vurğulayıb ki, kənd təsərrüfatı malları Ermənistana aparılmır, lakin Gürcüstanı vasitəçi ərazi kimi təklif edərək qarşılıqlı maraqlar çərçivəsində erməni bazarı ilə də işləməyə hazır olduğunu vurğulayıb.

«Qarabağ» nişanlı  pomidorların satış nöqteyi-nəzərindən Ermənistanda yaxşı qarşılanmayacağı məsələsinə gəldikdə isə, Ermənistana göndərilən partiyanın başqa əmtəə nişanı ola biləcəyini deyib.

Kompaniya rəhbərlərinin erməni bazarı ilə işləmədiyini nəzərə aldıqda isə, Ararat əyalətində «Qarabağ» əmtəə nişanlı pomidorların görünməsinin, alverin tək-tək sahibkarlar tərəfindən həyata keçirildiyini göstərir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
72

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 04:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru