Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2017
16:20
`Siyasi məhbus siyahısı`: 9 nəfər çıxdı, 6 nəfər əlavə edildi

“Siyasi məhbus siyahısı” yenilənib. Məlumatı Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev yayıb.

O, aprelin 1-də keçirdiyi toplantısında müxtəlif ittihamlarla həbs olunan ictimai fəalların durumunu müzakirəyə çıxarıb.

“Müzakirələr zamanı prezident İlham Əliyevin 16 mart tarixli əfv sərəncamı siyasi məhbusların azadlığa çıxması baxımdan növbəti imitasiya kimi qiymətləndirildi” – deyə, Oqtay Gülalıyev bildirib.

Həbsdə olan bəzi fəallar azadlığa çıxdıqlarına görə, Mərkəzin tərtib etdiyi “siyasi məhbus siyahısı”ndan 9 nəfərin adı çıxarılıb. Oqtay Gülalıyev deyir ki, bundan sonra siyahıya daha 6 şəxsin adı əlavə edilib:

Jurnalist İkram Rafiqoğlu, prezident qvardiyasının keçmiş əməkdaşı Asif Lətifov, bloger Əbdül Əbilov, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin qohumları, dini fəallar Namiq Kişiyev və Nicat Əliyev, o cümlədən, AXCP üzvü Zeynalabdin Bağırzadənin adı siyahıdan çıxarılıb. Jurnalist Elçin İsmayıllı, blogerlər Mehman Qələndərov və Mehman Hüseynov, dini fəal Sərdar Babayev, AXCP üzvü Elnur Fərəcov və MBH üzvü Elxan İsgəndərovun adı siyahıya daxil edilib”.

Hüquq müdafiəçisi bu şəxslərə saxta ittihamlar verildiyini söyləyir. Deyir, əslində, ictimai və siyasi fəaliyyətlərinə görə həbs ediliblər:

“AŞPA-nın siyasi məhbuslarla bağlı məlum kriteriyasının tələblərinə cavab verdiyindən onları siyasi məhbus adlandırırıq”.

Siyasi Məhbusların Müdafiə Mərkəzinin tərtib etdiyi siyahıda 162 nəfərin adı var.

Oqtay Gülalıyev ötən il yanvarda bahalaşma əleyhinə etiraz aksiyasında iştirak etdiyinə görə həbs olunan bir qrup Siyəzən sakininin də “potensial siyasi məhbus kimi tanınması” qərarına gəlindiyini deyib:

“Göyçayda hüquq müdafiəçisi Taleh Xasməmmədova polisin təzyiq etməsini də pisləyirik”.

Müstəqil media, hüquq müdafiəçiləri, beynəlxalq qurumlar Azərbaycanda siyasi məhbusların olması ilə bağlı dəfələrlə bəyanatlar yayıblar. Onların dərhal həbs edilməsini istəyiblər. Ancaq Azərbaycan hakimiyyəti dəfələrlə ölkədə siyasi və ictimai fəaliyyətinə görə heç kəsin təqib olunmadığını deyib. Hökumət həbs edilənləri qanunun tələblərini pozmaqda suçlayır.

Həbs edilən ictimai və siyasi fəallar, adətən, xuliqanlıq, polisə müqavimət və ya qanunsuz narkotik maddə saxlamaqla bağlı ittiham ediliblər.

Azərbaycanda 2 siyasi məhbus siyahısı var. Digər, Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə işçi qrupun oktyabrın 17-də açıqladığı hesabatda 139 şəxs barədə məlumat verilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 23:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com