Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2017
11:51
1187
Zirehli texnika azərbaycanlı sürücülərə hücum edənlərin düşərgəsindən çəkildi

Rusiya Qvardiyasının (“Rosqvardiya”) zirehli texnikası və canlı qüvvəsi Dağıstanda günlərdir tətil edən və o cümlədən Azərbaycandan Rusiyaya yükdaşımaları əngəlləyən uzaq yol sürücülərinin düşərgəsindən geri çəkilib.

FaktXəbər-in virtualaz.org-a istinadən verdiyi məlumata görə, ötən gün aprelin 2-də sürücülərin Manas yaxınlığındakı düşərgəsinin yaxınlığında ancaq bir neçə hərbçi qalmışdı, lakin sürücülər Rostov-Bakı federal trasından ağırtonnajlı yük maşınlarının keçməsini əngəlləməkdə davam edirlər.

Hələ də yüzlərlə maşın, o cümlədən Azərbaycandan Rusiyaya meyvə-tərəvəz daşıyan TIR-lar yollarda hərəkətsiz qalıb. Onların bir çoxunun daşıdıqları yüklər artıq sıradan çıxıb. Xatırladaq ki, dağıstanlı TIR sürücüləri “Platon” şirkətinin federal yollardan istifadəyə görə yük maşınlarından yığıdığı haqqı 25 faiz artırmaq qərarına etiraz olaraq tətilə çıxıb. Eyni zamanda onlar Dağıstan üzərindən yük daşıyan başqa sürücüləri də əngəlləyib. Xəbər verildiyi kimi dağıstanlı sürücülər tərəfindən onların tələbinə tabe olmayıb maşınları saxlamaqdan imtina edən azərbaycanlı sürücülərə hücum olub, onların maşınlarından biri yandırılıb.

“Novaya qazeta” xəbər verir ki, “dalnoboyşiklərdən” bir neçəsini daşlarla və “Molotov kokteyli” ilə saxlayıblar. Lakin “Rosqvardiya” sürücülərin aksiyasına müdaxilə haqda xəbərləri şərh etmir. Sürücülərin düşərgəsin Dağıstan parlamentinin bir qrup üzvü baş çəkib. Onlara bildirilib ki, bu gün Dağıstan rəhbəri Ramazan Abdulatipovun aksiyaçılarla görüşəcəyi gözlənilir. Xatırladaq ki, “Platon”a etiraz olaraq Rusiyanın qalan regionlarında da sürücülər tətil edib. Bu, son illərin Rusiyanı bürümüş ən irimiqyaslı tətil aksiyasıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
110

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
138

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
88

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
95

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
163

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
104

DİM abituriyentlərə müraciət edib

23

Avqust
09:50
ELM / TƏHSİL
136
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 13:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru