Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2017
09:54
Bananın qiyməti sürətlə qalxdı - 30 faiz

Novruz bayramında əksər meyvə və tərəvəzlərin qiymətinin qalxdığı müşahidə olundu. Meyvələr arasında armud və bananın daha çox bahalaşdığı diqqəti çəkirdi.

Armud 3 manatdan 5.00 - 5,50 manata, banan isə Bakıda 2.50 - 2.60 manatdan 3.00 - 3.50 manata, rayonlarda isə 3 manatdan 4 manata bahalaşıb.

Bazarlarda ticarət ilə məşğul olan şəxslər sayta bildiriblər ki, bayramdan əvvəl çəkisi 18,5 kq olan bananın yeşiyi 50 manatdan 64 manata qaldırıdı (təxminən 30%). Bununla əlaqədar olaraq bananın pərakəndə satış qiyməti də artırılıb.

Banan ən çox istehlak edilən meyvələrdən biridir.

Azərbaycana banan əsasən Qvatemala və Kosta Rikadan idxal olunur.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, ötən il Azərbaycana Kosta Rika və Qvatemaladan 21,5 min ton - 2015-ci ildəkindən 10 faiz çox banan gətirilib.

DGK-nın hesabatında deyilir ki, 2016-cı ildə 1 kq banan 93 sentə (təxminən 1,50 manat), bir il əvvəlsə 83 sentə - ovaxtkı məzənnə ilə 90 qəpiyə rəsmiləşdirilib. Bu qiymətlərə orta hesabla 36 faiz gömrük vergi və ƏDV (cəmi 50 qəpik) də əlavə olunsa, idxalçıların əvvəlki kimi yüksək qazanc götürmədiyi bilinir. Ola bilsin ki, bu səbəbdən bananın bu ildən topdansatış qiyməti qaldırılıb.

Bunu da qeyd edək ki, manat dəyərsizləşsə də, pərakəndə ticarətdə bananın qiyməti son iki ildə, demək olar, dəyişməmişdi. Dövlət Statistika Komitəsi (DSK) monitorinqinin nəticələrinə görə, ötən il ərzində qiymətlər 2 manat 75 qəpiklə 2 manat 40 qəpik arasında dəyişib. Manatın məzənnəsi dollardan yüksək olduğu dövrdə də banan təxminən bu qiymətə satılırdı. (Marja)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43074

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41388

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42952

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42467

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47998

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42424

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42808
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 03:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru