Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Mart

2017
11:28
4385
Novruzda məhəllənin uşaqlarını ətrafına toplayan Aprel şəhidi - VİDEO

Əslən Şərur rayonunun Qorçulu kəndindən olan Mahir Quliyev 1993-cü ilin 21 dekabr günündə Bakı şəhərində anadan olub. Mahir Quliyev 2015-ci ilin may ayında Azərbaycan Texniki Universitetinin Elektrotelekomunikasiya və radio mühəndisliyi fakülitəsini bitirib. Həmin il ölkəmizdə I Avropa Oyunları keçirildiyinə görə, ali məktəbləri tez bağlamışdılar. Nə diplomunu almışdı, nə də tələbə yoldaşları ilə çəkdirdiyi sonuncu albomunu. Amma, əslində bütün tələbələrin, məktəblilərin ən çox marağında olduğu həmin şəkil albomudur.  Əgər o albomu alası olsaydı, orada dostları Əbdülməcid Axundovun, Mahir Mirzəyevin, Elvin Mirzəyevin və bir də özünün şəklini görəcəkdi. Ancaq görmədi. Belə olmadı.

2016-cı ildə Aprel döyüşləri zamanı şəhid oldu. Mahir Quliyev Bakı şəhərində, III Fəxri Xiyabanda dəfn edilib. 

Mahir Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Nanası Lalə Quliyeva bildirir ki, Mahir hər kəsin ürəyində, gözlərində son şəklini qoyub getdi: "Novruz bayramında da bizi yanına getməyə qoymadı. Ancaq zəng vurub məhəllədə  sakinlərin bayramı necə keçirmələri ilə maraqlandı. Dedim ki, sakitçilikdir.  Təəssüfləndi. Adətən hər il Novruz bayramında Mahir  məhəllənin uşaqlarını, həmyaşıdlarını ətrafına yığıb, tonqal qalayar, şənliklər düzəldərdilər... Mahir özü ilə çox şeyi apardı..."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
129

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
522

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
72

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
42

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
47
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 00:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru