Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2017
11:36
Yük maşınını 130-la sürən sürücü haqda açıqlama: Bu möcüzədir - VİDEO

Bakı-Quba yolunda yük maşınının qayda pozuntusu kameraya düşüb. Bu görüntünün videoya çəkən minik maşınının sürücüsünün də bildirdiyi kimi avtomobilin 130 km/saat sürətlə hərəkət etməsinə baxmayaraq ondan irəlidə hərəkət edən yük maşınına çata bilməyib. Sürət həddinin 90 kim/saat olan yolda yük avtomobilinin bu sürətlə hərəkət etməsi böyük təhlükə yaradıb. Yük maşınını ötüb keçməyə çalışan avtomobil sürücüsü isə onun sürətinin çox yüksək olduğunu və 130-la hərəkət etməsinə baxmayaraq yük maşınına çata bilmədiyini bildirib.
 
99 ZB 929 dövlət nömrə nişanlı yük maşınından arxada hərəkət edən minik maşınının sürücüsü baş verənləri kameraya çəkərək etirazını bildirib. Qeyd edək ki, yük ilə dolu olan Kamaz markalı maşının bu sürətlə yolda hətta dəflərlə ötmə əməliyyatı da həyata keçirib.

Bu mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxladıq. Vaqif Əsədov bildirib ki, videonu görmədən heç bir fikir söyləyə bilməz.
 
"Dedikləriniz həqiqətə uyğundursa o zaman bu ciddi qayda pozuntusudur. Qeyd edim ki, 90 kim/saat sürət həddi qoyulmuş yolda yüklə dolu maşının sürəti 70 kim/saat-dır. Əksi çox ciddi qayda pozuntusudur və inzibati xətalar məcəlləsi ilə tənzimlənir. Digər bir halda yük dolu maşın eniş aşağı harəkət edərsə də bu sürəti yığa bilər. Yox əgər belə deyilsə onda yük dolu kamaz markalı avtomobilinin bu sürəti yüğması bir möcüzədir”", - deyə Vaqif Əsədov bildirib. (baku.ws)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dövlət büdcəsində 418 milyon manat qalıq yaranıb

17

Fevral
18:12
İQTİSADİYYAT
300

Ədliyyə nazirindən yeni təyinat

17

Fevral
17:39
SİYASƏT
428

Fevralın 18-nə manatın məzənnəsi

17

Fevral
17:34
ÖLKƏ
255

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

17

Fevral
16:35
NƏQLİYYAT
301

MSK-nın iclası keçirilir - YENİLƏNİR

17

Fevral
16:27
SİYASƏT
2261

DSMF-də yeni idarələr yaradıldı

17

Fevral
15:44
ÖLKƏ
404

Vilayət Eyvazovdan yeni təyinat

17

Fevral
15:40
ÖLKƏ
343

13 bağ evini qarət edən şəxslər tutulub - FOTO

17

Fevral
14:58
HÜQUQ,HADİSƏ
347

8 yaşında qocalıqdan öldü

17

Fevral
13:39
MARAQLIDIR
389
Şərhlər
Gny tərəfindən 14-03-2017 10:35:40 tarixində yazıldı
Suret heddi
Bes, suret heddi 90km/saat olan yolda minik masini niye 130km/saat-la gedirmis? Ozu-ozunu ele verir bu dedikleriyle
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2020 08:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru