Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2017
12:19
1055
Londonlu aktivistlər Qorbaçov Fondunun məxfi sənədlərini tapıb

Londonda Bukinqem sarayı ilə üzbəüz malikanəyə özbaşına yerləşmiş  aktivistlər binada SSRİ-nin birinci prezidenti  Mixail Qorbaçovun əsasını qoyduğu Qorbaçov Fonduna aid  sənədlər aşkarlayıblar. FaktXeber.com-un məlumatına görə, bu barədə Guardian məlumat yayıb.

7 mərtəbəli bina Bəhreynli bankir Əbdülrəhman  Əl-Casmiyə məxsusdur. 14 milyon funt sterlinq dəyərində olan malikanə  «Anarxist libertarian muxtar  milləti» adı ilə tanına qrup tərəfindən tutulub. Qeyd edək ki, bu təşkilat evsizlik problemini qabartmaq üçün, «lüks» sinfindən olan  boş binalara girmələri ilə məşhurdur.   

Bu bina əvvəllər  İctimaiyyətlə əlaqəlar  Beynəlxalq Asossiasiyasının ofisi olub. Təşkilatın  müştərilərindən biri də sovet siyasətçisi imiş

Nəşrin məlumatına görə, skvotterlər (aksiya məqsədi ilə icazəsiz başqasının boş evinə girənlər) müəssisədə  Qorbaçov Fondun sənədlərini aşkarlayıblar. Onların arasında Qorbaçovun özünün imzaladığı məxfi sənədlər də olub.

Arxivdəkim məktublar  fondun irəli sürdüyü  təşəbbüslərə sponsorluq etmək üçün  müraciətlərdir. Lakin  Shell, British Airways, HSBC, BT və Virgin Hotels maliyyə yardımından imtina edirlər.

Cümə günü məhkəmə  aktivistoərin binadan çıxarılması üçün order verib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qorbaçov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 19:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com