Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

21 Fevral

2017
21:48
1981
Ramil Usubov Berlində Avropa Polis Konqresinə qatılıb

Bu gün Berlində 20-ci Avropa Polis Konqresinin açılışı olub.

Azərbaycanın Almaniyadakı səfirliyindən verilən məlumata görə, Daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan Avropa Polis Konqresinin bu ilki mövzusu “Sərhədsiz Avropa. Azadlıq, mobillik və təhlükəsizlik”dir.

İki gün davam edəcək konfrans çərçivəsində keçirilən panellərdə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu fəaliyyəti üçün rəqəmsal platformalar, ictimai yerlərin müşahidəsi kimi məsələlər müzakirə olunacaq.

Hər il keçirilən konfransa müxtəlif ölkələrin daxili işlər nazirləri, Avropa İttifaqının nümayəndələri, polis və sərhəd təhlükəsizliyi qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri qatılırlar.

20-ci Avropa Polis Konqresinin Almaniyanın Daxili işlər naziri Tomas de Mezyer və Avropa İttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos tərəfindən edilmiş açılış mərasimində Azərbaycan Daxili işlər naziri Ramil Usubov və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iştirak ediblər. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubov ABŞ səfirini qəbul edib

25

Aprel
21:45
HÜQUQ,HADİSƏ
62

Azərbaycan Uruqvaya nota verib

25

Aprel
20:30
SİYASƏT
68

Sabah bu universitetlərdə dərs olmayacaq

25

Aprel
18:29
ELM / TƏHSİL
95

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
1001

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1369
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 06:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru