Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2017
13:33
İtkin düşən neftçilərdən daha birinin meyiti tapılıb

"Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin yaşayış budkasının Xəzər dənizinə uçması nəticəsində itkin düşən neftçilərin daha birinin meyiti tapılıb.

Bu barədə açıqlamasında Neftçilərin Hüquqlarının müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, Hamamdağ ətrafında balıqçıların dənizdən tapdığı cəsəd N.Nərimanov adına NQÇİ-də baş verən qəza vaxtı itkin düşmüş neftçıxarmanın operatoru Vidadi Qurbanovdur:

“Ailəsinə baş sağlığı verirəm. Məkanı cənnətlik olsun. Qəza vaxtı itkin düşənlərin cəsədlərindən biri təsadüfən, ikisi isə yerli balıqçılar tərəfindən tapılıb.”

Dekabrın 15-də "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinə məxsus yaşayış budkası Xəzər dənizinə ucub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. İtkin düşən neftçilərdən yalnız ikisinin meyiti tapılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 08:21



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com