Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2017
15:37
Rac Kapurun Bakı səfərindən MARAQLI KADRLAR

FaktXeber.com bu gün ötən yüzilliyin ən tanınmış aktyorlarından biri, nəinki Hindistanda, bütün dünyada sevilən Rac Kapurun Azərbaycana gəlişi ilə bağlı maraqlı kadrları təqdim edir.

Qeyd edək ki, 1956-cı ilin noyabr ayında Hindistan kino  xadimlərinin nümayəndə heyətinin tərkibində Rac Kapur və  «Avara» filmində tərəf müqabili olan Nərgiz Kapur, «Hind filmləri festivalı» ilə əlaqədar olaraq Bakıya gəlib. Dəvət SSRİ Mədəniyyət Nazirliyinin tərəfindən olmuşdu.

Təyyarə meydanında onları Bakı ictimaiyyəti və respublikanın incəsənət işçiləri qarşılayıb. O zaman Bakı tamaşaçılarının görüşündən sonra onlar şəhərdə gəzintiyə çıxıblar, dağüstü parkdan bütün Bakını və neft mədənlərini seyr ediblər. Həmin gün axşam isə Rac Kapur və digər hindistanlı aktyorlar Bakı telestudiyasında Hindistan kinofilmlərindən mahnılar ifa ediblər. 

Qeyd edək ki, Rac Kapurun yaxın dostu olmuş Rəşid Behbudov Azərbaycan musiqisini Hindistanda, hind musiqisini isə Azərbaycanda tanıtmışdı. Rac Kapurla Rəşid Behbudov birlikdə “Ruskiy sneq” adlı mahnı da ifa ediblər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 10:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com