Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2017
11:08
4081
Məleykə Abbaszadə iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb

“Bu gün iqtisadiyyatda çox böyük sürətlə gedən islahatlar əmək bazarında yeni ixtisasların əmələ gəlməsi və yeni kompitensiyalar üzrə tələbatın yaranmasına səbəb olur”. Dövlət İmtahan  Mərkəzinin  Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin açılış mərasimində bildirib ki, təcrübəsi, müəyyən iş stajı olan insanlar yeni ixtisasları mənimsəmək üçün ixtisasartırmaya müraciət edirlər.

Onun sözlərinə görə, bu sahədə də təlim proqramlarının və prosesin müasir tələlərə cavab verməsi, dünya standartlarına uyğunluğu vacib məsələdir: “Azərbaycan idarəçilik islahatları sahəsində dünya təcrübəsindən aktiv istifadə edən dövlət hesab edilir. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində əmək bazarında kifayət qədər vakansiyalar yaranırdı. Onlar üçün kifayət qədər kadr resursları var idi. Amma kadrlar həmin vakansiyaları tuta bilmirdilər. Belə faktlar dövlət qulluğu sistemində də var idi. İT sahəsi üzrə vakansiyalar illərlə boş qalırdı. Bu problemlərin kökü sovet dövründən gəlirdi. Həmin dövrdə ali təhsilli gənclər yeni təhsil aldıqları sahə üzrə səthi biliyə malik olurdular. Təhsilin məzmunu müasir tələblərə cavab vermirdi. Ona görə əmək bazarına daxil olandan sonra müxtəlif kurslara müraciət etməli olurdular. Bu istiqamətdə son illərdə çox ciddi islahatlar aparılıb və yeni ali məktəblər yaradılıb. Yeni ali məktəblərin yaradılması gələcəkdə təhsilin məzmunun müasir standartlara cavab verəcəyinə ümid verir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
355

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
442

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
494

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
968

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
582

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
562
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 18:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru