Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2017
16:53
`BakuBus`ın sürücüsü sərnişinin həyatını xilas edib - VİDEO

“BakuBus”ın sürücüsü sərnişinin həyatını xilas edib.

Hadisə dünən paytaxtın Tibilisi prospektində, "Chirag" Plazanın qarşısında qeydə alınıb. Avtobus sürücüsünün səyi nəticəsində epilepsiya keçirən gənc oğlanın həyatı xilas edilib.  

“BakuBus”ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev açıqlamasında bildirib ki, hadisə avtobus dayanacağa yaxınlaşdığı zaman orta qapının qarşısında baş verib: “Sürücü verilmiş təlimata uyğun olaraq  dərhal avtobusu təhlükəsiz yerdə park edərək, hadisəyə müdaxilə edib. O, əvvəlcə sərnişinin yıxıldığını və huşunu itirdiyini nəzərə alaraq onu qapının ağzına gətirib və normal hava alması üçün digər sərnişinlərin kənarlaşmasını xahiş edib. Daha sonra isə avtobusda yerləşən ilk tibbi yardım vasitələrindən istifadə edərək huşunu itirmiş sərnişinə yardım göstərilib.  Təcili tibbi yardım xidməti çağırıldıqdan sonra  sərnişinin ayıq vəziyyətdə qalması üçün ona zəruri  olan ilk tibbi yardımı davam etdirilib.

M. Piriyev onu da qeyd edib ki, “BakuBus” MMC-də  sürücü işləmək üçün müraciət edən bütün şəxslər sürücü vəzifəsinə işə qəbul olmazdan əvvəl əgər normativlərə cavab verirsə, xüsusi kurslara cəlb olunur, onlara nəzəri və praktiki dərslər keçirilir: “Eyni zamanda bütün avtobuslarımızın salonunda, sürücü kabinəsində sürücünün yaddaş kitabçası var ki, orada da əvvəlcədən onlara öyrədildiyi kimi, qəza, fövqəladə hadisə və ya bədbəxt hadisələr zamanı ilk olaraq hansı hərəkətləri etmək və istənilən halda zərərçəkənə ilkin tibbi yardımın göstərilməsi qaydaları əyani şəkildə əks olunub.Konkret hadisəyə gəldikdə, sürücü öz vəzifənin məsuliyyətindən irəli gələn xidməti və vətəndaşlıq borcunu layiqincə yerinə yetirib, sərnişinin həyatını xilas edib”.

“Bu hadisə eyni zamanda göstərir ki, artıq sürücülər təkcə avtobusu idarə etməklə yox, eyni zamanda sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçün çalışan, avtobusun salonuna nəzarət etməyi bacaran və  idarə edən onlarla sivil münasibət quran, zərurət yarandıqda sərnişinlərə köməklik göstərən, dövrün tələblərinə cavab verən sürücü olmalıdır. Həm də sürücülər sərnişindaşıma xidməti sahəsində mövcud qanunvericiliyi, özünün və sərnişinlərin məsuliyyətini, hüquq və vəzifələrini bilməlidir. Bizim “BakuBus” olaraq qarşımıza qoyduğumuz əsas hədəflərdən biri də bütün sürücülərimizin  bu səviyyədə xidmət göstərməsini təmin etmək və onların professionallığını daha da artırmaq üçün zəruri addımlar atmaqdır”, - deyə M. Piriyev əlavə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18353

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
16977

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18357

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
17926

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23415

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17866

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
17985
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 04:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru