Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2017
10:19
Kürdüstan Birliyindən “Məhəmməd Allahın Rəsuludur” filminə qadağa

FaktXəbər-in "haber7"-yə istinadən vediyi məlumata görə, Şimali İraqda Regional Kürd Rəhbərliyində həzrət Məhəmməd Peyğəmbərin (s) həyatından bəhs edən “Məhəmməd Allahın Rəsuludur” adlı filminin nümayişi qadağan olunub. Bu barədə ictimaiyyətə Kürdüstan Alimlər Birliyinin sədri Abdullah Məla Səid Veysi məlumat verib. O, bildirib ki, İslam peyğəmbərinin hər hansı filmdə və ya bədii işlərdə fiqur kimi istifadə edilməsi həm caiz deyil, həm də qəbul edilməzdir.

Qeyd edək ki, iranlı rejissor Məcid Məcidi tərəfindən 7 ilə çəkilən və 35 milyon dollar xərclənən film Peyğəmbərin (s) həyatının 12 yaşınadək olan dövrünü əhatə edir. Filmin dünya premyerası ötən il 39-cu Montreal Beynəlxalq Film Festivalında baş tutub.

Xatırladaq ki, “Məhəmməd Allahın Rəsuludur” filmi ilə bağlı əvvəllər də dəfərlə səsləndirilən müxftəlif iddialar film nümayiş olunduqdan sonra öz təsdiqini tapmayıb. Filmdə nə İslam Peyğəmbərinin (s) görüntüsündən, nə də səsindən istifadə olunmayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 15:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com