Şəmkirdəki məktəbdə baş verən qalmaqala görə direktor işdən çıxarılıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2017
15:39
2335
Şəmkirdəki məktəbdə baş verən qalmaqala görə direktor işdən çıxarılıb

Şəmkir rayonu Seyfəli kənd tam orta məktəblə bağlı bir sıra kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlarla əlaqədar, Təhsil Nazirliyi tərəfindən aparılan araşdırma başa çatıb. Bu barədə Şəmkir Rayon Təhsil Şöbəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, araşdırmanın nəticəsi olaraq Şəmkir rayon Seyfəli kənd tam orta məktəbin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib. Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
Qeyd edək ki, M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində əvvəllər laborant işləmiş Xatirə Əliyeva təhsil ocağının direktoru Akif Namazov haqqında bir sıra ittihamlar irəli sürüb. Onun sözlərinə görə, direktor onlardan pul tələb edib. Direktor isə keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ititham edib və buna görə işdən çıxarıldığını deyib. O, mətbuatda keçmiş laborant barəsində bir sıra nalayiq ifadələr də işlədib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 04:47



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com