Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2016
14:41
742
Əfqanıstanın dəvət edilmədiyi Moskva görüşünə etiraz

FaktXəbər-in verdiyi məlumata görə, Əfqanıstan, üçüncü dəfə təşkil olunan Pakistan-Çin-Rusya, üçtərəfli dialoqa dəvət edilmədiyi üçün etiraz edib.

Əfqanıstandan heç bir rəsminin dəvət edilmədiyi Əfqanıstan üçün Pakistan-Çin-rusya, üçtərəfli dialoq konfransı bu gün keçirilir.
 
Moskvada keçiriləcək üçtərəfli görüşə Əfqanıstandan heç dövlət rəsmisinin dəvət edilməməsi etirazlara səbəb olub.

Əfqanıstan parlamentinin sədri Əbdürrauf İbrahimi bildirib ki, Moskva görüşü Əfqanıstanın daxili işlərinə müdaxilə kimi dəyərləndiririk. Əfqanıstandan heç bir rəsminin iştirak etmədiyi toplantını qınayırıq.

Xarici işlər nazirliyi sözçüsü Əhməd Şəkib Mustəğni isə  qeyd edib ki, Əfqanıstan üçün keçirilən və əfqan rəsmilərin dəvət edilmədiyi toplantının, ölkədəki vəziyyətin ciddiliyini izah etməkdə qeyri-kafi olacaq. Əfqanıstan hakimiyyəti adından bu toplantının təşkilatçılarından açıqlama gözləyirik.

Qeyd edək ki, Əfqanıstan üçün Pakistan-Çin-rusya, üçtərəfli dialoq toplantısının ikincisi 2013-cü ildə Pakistanın paytaxtı İslamabadda keçirilmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 19:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com