Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2016
09:31
Andrey Karlov sui-qəsdi barədə yazmaq və göstərmək Türkiyədə qadağan edildi

Rusiya Federasiyasının Ankara səfiri Andrey Karlovun öldürülməsinə dair xəbərlər haqqında efir qadağası tətbiq edilib.

FaktXəbər-in məlumatına görə, belə bir qərar Ankara 7-ci Sülh Cəza Məhkəməsi tərəfindən qəbul olunub.

Məhkəmənin verdiyi qərarda, yazılı və vizual mediada hadisəyə daxil ola biləcəyi şübhəsi yaranmış insanların müəyyən məlumatlarının dərc edilməsinin istintaqın düzgün istiqamətdə aparılmasına maneə təşkil etdiyi qeyd olunub.

Qərarda yayım qadağası tələbinin milli təhlükəsizlik, dövlət quruluşu və təhlükəsizliyi, ərazi bütövlüyünün qorunması ilə əlaqəli olduğuna işarə edilərək, istintaq başa çatana qədər zərəçəkən, şahid açıqlamalarını əks etdirən hər cür xəbər ilə səfir Karlovun vurulma anı və hadisədən sonrakı görüntülərin, iş üzrə şübhəli olan şəxslərə dair məlumatların qadağan olunduğu bildirilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 22:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com