Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Dekabr

2016
09:27
810
FED-in qərarı nefti ucuzlaşdırır

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etdikdən sonra dünya bazarında neftin qiymətində azalma müşahidə olunur. "APA-Economics" xəbər verir ki, müvafiq qərar qəbul olunduqdan dərhal sonra həm WTI, həm də Brent markalı neft ucuzlaşsa da, sonuncu bir cüzi stabilləşə bilib.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,06 dollar azalaraq 50,98 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1 barrelə görə 0,07 artaraq 53,97 dollar olub.

 

Xatırladaq ki, ötən gün FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,5-0,75% artırıb.

 

Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

 

Ümumiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb. 

Məqalədə : neft FED 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 06:36



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com