Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2016
09:15
964
Bakıda bir ailənin 4 üzvü yanaraq dünyasını dəyişib

Bu gün Bakı şəhəri, Nizami rayonunda tikintisi yarımçıq qalmış ( Sovetlər dövründən) yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1983-cü il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları - 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb, aidiyyəti üzrə təhvil verilib. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.(apa)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 10:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com