Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Oktyabr

2016
14:34
911
Əfqanıstanın Hellmənd əyalətində 51 terrorçu məhv edilib

Əfqanıstan Təhlükəsizlik Qüvvələrinin Helmənd  əyalətində  həyata keçirdiyi əməliyyat nəticəsində  «Taliban» terror təşkilatının  51 üzvü məhv edilib. Ölənlər arasında 3 komandir də var. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə TOLO News telekanalı xəbər yayıb.

Telekanalın məlumatına görə, əməliyyat əyalət paytaxtı Laşkarqahın Başran rayonunda həyata keçirilib. Bildirilir ki, hərbçilər  terrorçuların  nəqliyyat vasitələrini və silahlarını  məhv edə biliblər. 

Qeyd edək ki, Əfqanıstan  hökuməti ötən həftə Helmənd əyalətinin Laşkarqah şəhərində genişmiqyaslı hücum əməliyyatına başlayacaqları ilə bağlı xəbər vermişdilər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Əfqanıstan Taliban 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 19:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com