Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2016
16:30
1670
Kərbəlanın qəhrəman xanımları

İmam Hüseyn (ə) karvanında öz ərləri və övladları ilə Kərbəlaya gələn çox sayda xanım vardı. Onların bəzisi hətta İmam Hüseyni (ə) müdafiə etmək üçün döyüş meydanına belə getmiş və düşmənlə vuruşmuşdular.

Abdullah ibni Əmirin həyat yoldaşı Ummi Vəhəb

Abdullah ibni Əmir Kələbi Kufə sakini idi. Qərara almışdı ki, İmam Hüseynə (ə) yardım etmək üçün getsin. Bu qərarını həyat yoldaşı Ummi Vəhəbə deyəndə, o, dedi: “Düz iş görürsən, bu qərarını tez bir zamanda həyata keçir. Məni də özünlə İmam Hüseynə (ə) yardım etməyə apar”. Hava qaralan kimi hər ikisi gecənin qaranlığından istifadə edərək, İbni Ziyadın məmurlarının gözündən yayınaraq, özlərini Kərbəlaya çatdırırlar. İmam Hüseyn (ə) karvanında olmaq iftixarına nail olurlar. Aşura günü döyüş başlayan zaman İbni Sədin ordusundan döyüşə ilk girən əsgər Ziyad ibni Əbu Sufyanın nökəri Yəsar və Ubeydullah ibni Ziyadın nökəri Salim idi.

İmam Hüseynin (ə) ordusundan isə Həbib ibni Məzahir və Bərir ibni Xəzər icazə istəyirlər. İmam Hüseyn (ə) buyurur: “Siz oturun”. Abdullah ibni Əmir Kələbi ayağa qalxır və icazə istəyir. İmam Hüseyn (ə) ona bir nəzər salır və görür ki, çox qüvvətli bir insandır və buyurur: “Səni onlara tay görürəm”. O, döyüş meydanına gedir və onlarla döyüşərək, hər ikisini öldürür. Bu döyüşdə o, sol əlinin döyüş qabiliyyətini itirir, amma buna baxmayaraq, yenə vuruşur. Ummi Vəhəb ərini döyüşdə yaralanmış görür və xeymənin dirəyindən birini götürüb, döyüşə qatılır. Bu zaman İmam Hüseyn (ə) olanları görür və buyurur: “Əhli-Beytdən (ə) sənə xeyirli bir əcr nəsib olacaq, xeyməyə qayıt, qadınlarla otur. Döyüş qadınlara aid deyildir”. Ummi Vəhəb bu sözlərdən sonra xeyməyə qayıdır.

Səmud Xəzrəminin qızı Bəhriyə

İmam Hüseynin (ə) tərəfdaşlarından biri də Cənadə ibni Kəəbdir. O, həyat yoldaşı Bəhriyə və oğlu Əmru ilə Kərbəlaya gəlmişdi. Aşura günü İmamın (ə) icazəsi ilə Cənadə meydana gedir. Şücaətlə vuruşur və şəhid olur. Cənadə şəhid olandan sonra isə həyat yoldaşı Bəhriyə oğlu Əmrunu döyüşə təşviq edir. Yeniyetmə oğluna döyüş paltarını geyindirir və onu İmam Hüseynə (ə) yardım etmək üçün meydana göndərir. İmam (ə) bu 12-13 yaşlı uşağı görəndə buyurur: “Bu oğlanın atası şəhid olmuşdur. Bu uşağın şəhadəti anası üçün dözülməz olar”. Əmru, “Anam məni sizə yardım etmək üçün göndərib”, - deyir və döyüşə qatılıb, şəhid olur. İbni Sədin ordusu onun başını kəsir və anasına tərəf atır. Bəhriyə onun başını yerdən götürür və qanını təmizləyib deyir: “Əhsən sənə oğlum! Əhsən sənə qəlbimin sevinci! Əhsən sənə gözümün nuru!”

Vəhəbin anası Qəhər

Vəhəb ibni Abdullah Kələbi Məkkə ilə Mədinə şəhərləri arasında olan səhrada yaşayırdılar. Çobanlıqla məşğul idilər. O zaman ki, İmamın (ə) karvanı Sələbiyəyə çatır, İmam (ə) uzaqdan onların çadırını görür. Bu çadıra yaxın gedir və orada əyləşən Vəhəbin qoca anasından vəziyyətlərini soruşur. Qarı da yaşayışlarının çətin olduğunu söyləyir. İmam Hüseyn (ə) nizəsini torpağa vurur və oradan su qaynamağa başlayır. Vəhəb çadıra gələndə anasından bu su haqqında soruşur və Qəhər deyir: “Bu sifətdə olan insan gəldi və nizəsini yerə vurdu, su çıxdı. Sonra buyurdu ki, sənə deyim onunla görüşə gedəsən və haqqa yardım edəsən”. Vəhəb çadırını toplayır və arvadı və anası ilə bir yerdə İmamın (ə) xidmətinə gedir. İmam Hüseynin (ə) yanında İslam dinini qəbul edirlər və karvana qoşulurlar.

Döyüşdə düşmənə ağır zərbə vuran Vəhəb yaralı halda əsir düşür. Onu tutub, ibn Sədin yanına gətirirlər. İbn Səd onun igidliyindən çox təsirlənmişdi və əmr edir ki, başını kəsib, anasına göndərsinlər. Vəhəbin anası oğlunun başını götürür və nəvaziş edir. Sonra deyir: “Mən səndən razıyam”. Sonra oğlunun başını düşmən ordusuna tərəf atır və “Bizlər verdiklərimiz qurbanı geri götürmərik” – deyir. Vəhəb İmamın ordusuna qoşularkən 17 gün imiş Haniyə adlı xanımla evlənibmiş. Həyat yoldaşı Haniyə əri döyüşə getməmişdən qabaq onunla bir şərt kəsir ki, əgər şəhid olsan, axirətdə səninlə bir yerdə olacağam. Bunu İmamın (ə) hüzurunda da ondan istəyir. Vəhəb şəhid olanda o, ərini yanına gedir və onu nizə ataraq, şəhid edirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
285

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
376

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
258

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
287

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
225

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
267

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
278

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
551
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 22:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru