
Milli Məclisin payız sessiyasının birinci iclasında “internet və sosial medianı bağlamaq” çağırışları səslənib. Çağırışı edən isə deputat Məlahət İbrahimqızı olub. O, internet mediasını məzmununa görə tənqid edib, Milli Məclisin payız sessiyasının gündəliyinə internet üzərindən yayımlanan televiziyaların tənzimlənməsi ilə bağlı qanun layihəsinin salınması təklifini irəli sürüb. Lakin deputatın internet mediasının tənzimlənməsi ilə bağlı təşəbbüsünün sessiyada müzakirəsi dəstəklənməyib.
Maraqlıdır, ölkəmizdə internet televiziyaların fəaliyyətini tənzimləyən, ona nəzarət edən mexanizm varmı?
Qeyd edək ki, Azərbaycanda hazırda 20-yə yaxın peyk və internet televiziyaları fəaliyyət göstərir ki, onlardan “ANN TV”, “APA TV”, “Muz TV” və digərlərini misal göstərmək olar. 2008-ci ildə yaranan “Kanal 13 TV” isə ilk internet televiziyası kimi tarixə düşüb. Hər il internet və peyk üzərindən yayımlanan bu cür televiziyaların sayı artmaqdadır.
Nəzərə çatdıraq ki, Rusiyada, qardaş Türkiyədə, Avropada, bir sözlə dünyanın heç bir ölkəsində internet televiziyaları və radiolarına sosial şəbəkələrdə olduğu kimi heç bir nəzarət yoxdur və onların fəaliyyəti üçün heç nə tələb olunmur.
“İnternet televiziyaları və radioları demək olar ki, nizamlamaq istəsək belə, bunun mexanizmi çox çətindir və mümkün deyil”. Bu sözləri bir neçə il bundan əvvəl Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli mətbuata açıqlamasında bildirmişdi. Qurum sədri vurğulamışdı ki, ölkəmizdə də bu sahəyə nəzarət yoxdur və Azərbaycan Avropa Şurasına üzv ölkə olduğundan internet televiziyalarının tənzimlənməsi qurumun qərarı ilə eyni olur:
“Avropa Şurası ölkələrində əgər bu sahə tənzimlənəcəksə, biz də tənzimləyəcəyik, tənzimlənməsə, biz də tənzimləməyəcəyik”. Bəs, görəsən hazırda vəziyyət necədir, internet televiziyalarına nəzarət, onlara yasaq mümkün ola bilərmi?
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev sualımıza bu cür aydınlıq gətirdi:
“Hələ 2015-ci ildən bu cür təkliflər səslənir. Əsasən də parlament tribunasından ki, ”Azərbaycanda interneti və internet medianı lisenziyalaşdırmaq lazımdır" və sairə. Amma hələlik həmişə rəsmi dövlət orqanları, Prezident Administrasiyası belə bir plan olmadığnı bəyan edir. Amma prinsipcə şahidi olmuşuq ki, dəfələrlə təkrar olunan təkliflər sonradan gerçəkləşmək qabiliyyətinə malikdir. Amma internetin televiziyalara xüsusi lisenziya tətbiq etmək, tənzimləmək üçün heç bir ehtiyac yoxdur. Çünki internet televiziyaları yayımlarını həyat keçirmək üçün heç bir strateji resuslardan istifadə etmir. Çoxları dərk edə bilmir ki, bizdə efir televiziyaları jurnalist fəaliyyətinə və yaxud hazırladığı proqrama görə lisenziya götürmür, onlar efir tezliyindən istifadə etdikləri üçün həmin tezlikdən istifadə hüququna lisenziya götürürlər. Amma internet televiziyalar belə bir resursdan istifadə etmir.
İnternet televiziyaların tənzimlənməsi yalnız və yalnız həmin televiziyalara xüsusi nəzarət altına almaq məqsədi ilə həyata keçirilə bilər. Elə hesab etməyin ki, Azərbaycanda bu sahəyə nəzarət yoxdur, nəzarətin də müxtəlif formaları var. Biz şahidi olmuşuq ki, hansısa nüansdan kənara çıxanda ya onun saytı dağılır, ya yayımı yoxa çıxır və sairə. Bəli, bəzi dövlətlərdə internet televiziyaları həm qanunsuz, həm də məntiqsiz olaraq məhdudlaşdırılır. Amma bu cür praktikanı Azərbaycanda tətbiq etmək heç bir demokratik quruluşa əsas vermir".(musavat)

İsrail növbəti dəfə Qəzzanı bombaladı, yaralananlar və dağıntılar var - VİDEO
17
Aprel
Azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirən amillər AÇIQLANDI
17
Aprel
ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”
17
Aprel
DYP avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə müraciət edib
16
Aprel
Tiflisdə silahlı şəxslər Gürcüstan Bankına basqı edib insanları girov götürüblər
16
Aprel- 16-04-2021 11:48 "Üçüncü dalğanın pik həddindəyik, bundan sonra yoluxma azalacaq"
- 14-04-2021 17:21 Deputat həftəsonu avtobusların işləməməsinə etiraz etdi
- 07-04-2021 16:24 "Hökm olmadan Nəcməddin Sadıkov haqda xain, agent deyə bilmərik"
- 31-03-2021 13:50 "Maska meyvə deyil ki, üzərində qurd çoxalsın"
- 30-03-2021 15:16 "Ermənilər minaların xəritəsini verməkdən boyun qaçırır"
- 30-03-2021 14:25 "Tərtər işi"ndəki işgəncə iddiaları - VİDEO
- 25-06-2020 11:41 Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
- 18-06-2020 09:44 Deputatdan “Azərsu” rəhbərliyinə sərt ittihamlar
- 11-06-2020 11:15 Görkəmli italyan virusoloqdan insanlara koronavirusla bağlı şad xəbər
- 09-06-2020 15:35 Komitə sədri: "Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik"
- 01-06-2020 16:12 Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
- 20-05-2020 13:55 "Onlar qudurğan həyat tərzi ilə xalqa yanğı verdilər"
- 18-05-2020 17:44 "Trilyonlar itirilib, belə oyun olar?"
- 14-03-2020 12:02 "Atam 24 saat işləyir ki, ölkəsinə xidmət etsin" - Oqtay Şirəliyevin qızı
- 11-03-2020 13:15 Vüqar Bayramov: “Azərbaycan xarici şoklara çevik reaksiya verir”
- 28-02-2020 11:06 Baş epidemioloq: Koronavirusla bağlı təhlükə olsa, onu gizlədən deyilik
- 24-02-2020 14:23 Hacı İlham Əliyev: Dünya artıq ABŞ-ın yalanlarından doyub
- 12-02-2020 14:58 "Ölənlər 10-15 ilin vərəm xəstələridir, yaşlı adamlardır" - İnstitutun həkimi
- 12-02-2020 13:45 Seçkidə "karusel"ə cəlb olunan müəllimlər cəzalandırılacaq
- 04-02-2020 14:23 İşsiz qalan deputatlar nə ilə dolanacaq? - SORĞU
- 29-01-2020 12:31 Nərminin nənəsi: "Qızım və kürəkənimdə də günah var"
- 27-01-2020 13:37 Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir
- 27-01-2020 12:05 Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
- 23-01-2020 11:45 Xuraman Şuşalı: "AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir"
- 16-01-2020 11:21 Saleh Məmmədovun Xırdalandakı sıxlıqla bağlı açıqlaması tənqid olundu