Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2016
16:45
`Yaxşı jurnalist olmaq üçün yaxşı internet istifadəçisi olmaq lazımdır”

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “AzərTAC”ın təşkilatçılığı ilə “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda dəyirmi masanın “Müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu” adlı üçüncü paneli keçirilib.

Panelin moderatoru “AzərTAC”ın Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov olub.

Paneldə çıxış edən Çilinin Andres Belo Universitetinin professoru Marcos Belmor Borkoski Paes dinlərarası dialoqun zəruri olduğunu söyləyib.

Türkiyənin “Anadolu” agentliyinin informasiya kommunikasiyaları texnologiyaları şöbəsinin müdiri Yakup Şivka deyib ki, indi yaxşı jurnalist olmaq üçün yaxşı internet istifadəçisi olmaq lazımdır: “Jurnalistin günlərlə axtardığı xəbər sosial mediada bir anda ortaya çıxmaqdadır. Bu gün insanlar sosial media üzərindən qısa müddətdə kütləvi surətdə bir araya gələ bilir. Misir və Liviyada biz bunu gördük. Sosial mediada süzgəc yoxdur, hər cür xəbər var. Media sosial mediada obyektiv xəbər tapmalıdır. Media təsdiqlənməmiş xəbər yaymamalıdır. Araşdırmalar göstərir ki, gənc nəslin əksəriyyəti xəbəri sosial mediadan, yaşlı nəsil əsasən telekanallardan alır. Gələcəkdə internetin olmayacağı yer qalmayacaq. Bu, jurnalistikaya yeni imkanlar açdığı kimi, yeni təhdidlərə də yol açacaq”.

ABŞ Mədəniyyət Diplomatiyası Assosiasiyasının sədri Diana Altman sosial medianın yeni dialoq platforması yaratdığını vurğulayıb: “Bu da jurnalistikanın formatını dəyişir. Bu gün 18-20 yaşlı gənclər xəbəri sosial mediadan əldə edir. Ənənəvi media sosial medianın imkanlarından yararlanmağı, “rəqs etməyi” bacarmalıdır”.

Özbəkistan “Darakçi” Nəşriyyat Evinin redaksiya heyətinin müavini Rüstəmcon Cabbarov informasiya əsrində yaşadığımızı, informasiyanın yayılma sürətinin artdığını bildirib: “Əlişir Nəvai demişdi ki, əgər səndə məlumat varsa, idarə edirsən. Dörd əsr sonra Böyük Britaniyanın baş naziri olan Çörçil də bəyan etdi ki, informasiyan varsa, dünyanı idarə edə bilərsən. Dünən biz informasiya arxasınca qaçırdıqsa, bu gün informasiyadan qaçmağa çalışırıq. Biz gəncləri sosial media şəbəkələrindən bir qədər aralamalı, intellektual inkişaflarına xüsusi diqqət yetirməli, düzgün və qeyri-düzgün məlumatları bir-birindən ayırmağa çağırmalıyaq”.

Misirin “Ruz el-Yusif” qəzetinin müxbiri Ahmed Tarabeik, Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova, AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərova da mövzu üzrə çıxışlar ediblər. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
120

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
110

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
120
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 17:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru