Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2016
13:50
`Nardaran işi`ndə BMCMİ-nin əmkdaşı ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşı Kənan Heybətov ifadə verib.

O bildirib ki, daxil olmuş məlumat əsasında Nardaranda Taleh Bağırovun olduğu evdə  əməliyyat keçirilməsinə qərar verilib. Əməliyyat zamanı atışma baş verib. Nəticədə iki polis əməkdaşı ölüb.

Əməliyyat zamanı K. Heybətov Bəhruz Əsgərovu zərərsizləşdirdiyini qeyd edib. Bildirib ki, B. Əsgərovun əlində qumbara  və beşbarmaq olub.

Daha sonra prokurorun suallarını cavablandıran K.Heybətov deyib ki, Bəhruzu zərərsizləşdirən zaman onun bədənində güllə yarası olduğunu görüb. Şahid Bəhruz Əsgərova güllə atdığını, lakin ona dəyib-dəyməməsini bilmədiyini söyləyib. Prokuror ondan hansı geyimdə olduqlarını soruşub. K. Heybətov bütün əməkdaşların xüsusi geyimdə olduqlarını deyib.

Daha sonra vəkillərin suallarını cavablandıran şahid əməliyyatda başqa strukturun əməkdaşlarının iştirak etmədyini deyib. B. Əsgərov isə onu K. Heybətovun saxlamadığını, onu ilk dəfə BMCMİ-də gördüyünü deyib. B. Əsgərov hadisə zamanı güllə yarası aldığını və xəstəxanaya kənd camaatı tərəfindən aparıldığını da söyləyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
236

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
361

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
278

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
229

Bakıda maşın iki piyadanı vurub, ölən var

05

Dekabr
15:32
HÜQUQ,HADİSƏ
317

Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb

05

Dekabr
15:30
ELM / TƏHSİL
3713
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-12-2019 19:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru