Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Sentyabr

2016
11:26
İki avtobus sürücüsü dalaşdı - RƏSMİ MÜNASİBƏT - VİDEO

Dünən "ALO 141" çağrı mərkəzinə 6 və 88 saylı marşrut xətləri üzrə xidmətdə olan iki sürücü ilə bağlı şikayət daxil olub. Videogörüntülərdən də məlum olub ki, sürücülər xidməti vəzifələrinin icrası müddətində əlbəyaxa dava ediblər.

Bunu Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.

Şöbə müdirinin sözlərinə görə, hər iki sürücü ilə bağlı sərt tədbir görüləcək: "Daşıyıcı şirkətlərə müraciət edərək bildiririk ki, marşrut xətti heç kəsin şəxsi mülkiyyəti deyil, avtobus isə heç bir sürücünün şəxsi nəqliyyat vasitəsi deyil. Sürücüsü bu cür kobud davranış qaydaları nümayiş etdirən istənilən sahibkar və ya daşıyıcı şirkət bundan sonra təkcə sürücünün cəza alması ilə məsələnin həll olunacağına ümid etməsin. Psixoloji durumu taraz olan, xidməti vəzifəsinin məsuliyyətini dərk edən sürücülərin işə cəlb olunması sahibkarın və daşıyıcı şirkət rəhbərinin vəzifələri sırasındadır". (Milli.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43614

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41940

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43587

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43052

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48568

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43055

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43475
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-09-2020 11:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru