Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2016
12:42
933
Rayonlarda yağış yağacaq, dağlıq ərazilərə dolu düşəcək

Sentyabrın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz  25-29° isti,Bakıda gecə  20-22° isti, gündüz  25-27° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 763  mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-55 % olacaq.               

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz  24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz  15-20° isti olacağı gözlənilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 19:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com