Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2016
14:06
Bakı Şəhər Baş Polis İdarəsi jurnalistin dediklərini təkzib etdi

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) jurnalist Əvəz Zeynallının polisə çağırılması barədə məlumat yayıb.

İdarədən APA-ya verilən məlumatda qeyd olunur ki, bu günlərdə “Xural”“ qəzetinin baş redaktoru Əvəz Zeynallı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırılması haqqında açıqlama yayıb: "Mətbuatda yayılan məlumatların həqiqətə uyğun olmadığını nəzərə alaraq, məsələyə aydınlıq gətirmək istərdik. Vətəndaş Əvəz Zeynallı həqiqətən də sentyabrın 3-də 4-cü Polis Bölməsinə dəvət olunub. Bölmədə yeni polis sahə inspektoru təyin olunan Nadir Abbasov ərazidə yaşayan, cəzaçəkmə müəssisələrində cəza çəkmiş vətəndaşlarla görüşmək, tanış olmaq, profilaktiki söhbət aparmaq istəyib. Əvəz Zeynallı da yalnız bu məqsədlə bölməyə dəvət olunub. Xüsusi olaraq vurğulamaq istərdik ki, söhbət normal iş şəraitində keçib, Zeynallıya qarşı hər hansı qeyri-qanuni, qeyri-etik ifadələr işlədilməyib, mərhum jurnalistlər Nəcəf Nəcəfovun və Elmar Hüseynovun adları çəkilməyib”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 13:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com