Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Sentyabr

2016
12:32
773
Səhiyyə Nazirliyi idxalçılara müraciət edib

Səhiyyə Nazirliyi Azərbaycanda fəaliyyət göstərən bütün idxalçı şirkət və firmalara müraciət edib. Nazirlikdən verilən xəbərə görə, 2015-2016-ci illər fəaliyyət dövrü üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində əməyin keyfiyyətinin yaxşılaşdırılması və mövcud iş ahənginin daha da sürətləndirilməsi məqsədilə mərkəzin rəhbərliyi tərəfindən aparılan əsaslı islahatlar davam etdirilir.

Bu nöqteyi-nəzərdən mərkəzin “İdxala dair elektron sistemi”ndə tətbiq edilən yenilik sayəsində ölkəyə idxal olunan dərman vasitələrinin dövlət qeydiyyatına alınıb-alınmaması, eyni zamanda, onların Azərbaycan dilində içlik vərəqələrinə malik olub-olmaması barədə məlumatların sistemdə “bir düymə”yə toxunuşla həmin cavabdeh idxalçı şirkətə çatdırılması mümkündür.

Buna görə də yuxarıda qeyd edilən məlumatlardan mütəmadi xəbərdar olunmalarının vacibliyini nəzərə alaraq  ölkədə fəaliyyət göstərən bütün idxalçı şirkət və firmalardan tez bir zamanda məxsusi elektron ünvanlarını Analitik Ekspertiza Mərkəzinə göndərmələri xahiş olunur.(apa)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 01:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com