Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Avqust

2016
11:21
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daha bir yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” elektron xidmətini işəgötürənlərin istifadəsinə təqdim edib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hər bir işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal, həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət strukturuna, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməyə borcludur: “Daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada Xidmət tərəfindən komissiya yaradılır, baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılır. “Elektron hökumət” portalı üzərindən təqdim olunan “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidməti istehsalatda baş vermiş bədbəxt hadisələr barədə işəgötürənlər tərəfindən məlumat verilməsi prosesinin elektron qaydada da həyata keçirilməsinə, bu sahədə  işəgötürənlərin imkanlarının genişlənməsinə şərait yaradır”.

 

Yeni e-xidmət əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə, habelə "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya edilib. Həmçinin yeni e-xidmət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron imza sertifikatları verilmiş dövlət qurumları, hüquqi və fiziki şəxslər üzrə informasiya sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək.

 

İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumat vermək üçün müvafiq müəssisənin məsul şəxsi (istifadəçi) www.e-gov.az internet ünvanına daxil olduqdan və e-imza kartı (yaxud Mobil Autentifikasiya Sertifikatı) ilə autentifikasiyadan keçdikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidmətini seçir. Bu zaman işəgötürən haqqında məlumatlar sistem tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən olunur. İstifadəçi bədbəxt hadisənin baş verdiyi tarixi, saatı və ünvanı, hadisə haqqında qısa məlumatı, onun baş vermə şəraitini, zərərçəkənlər, habelə hadisə ilə bağlı məlumat verən şəxs barədə məlumatları daxil  edir. (Zərərçəkən işçilər barədə məlumatlar da qeyd edilən sistemlərə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən edilir.)   

 

İstifadəçi müraciəti təsdiq etdikdən sonra müraciət dərhal sistemdə qeydiyyata alınır. Bunun ardınca istifadəçiyə onun müraciətinin, yəni istehsalatda baş verən bədbəxt hadisə barədə məlumatların qeydiyyata alınmasına dair Bildiriş göndərilir və Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən komissiya yaradılaraq, həmin bədbəxt hadisənin təhqiqatının aparılmasına başlanılır.

 

Yeni e-xidmət iş yerlərində istehsalatla əlaqəli bədbəxt hadisələr barədə aidiyyəti dövlət strukturuna məlumatın verilməsi prosedurunun elektron əsaslar üzərində təkmilləşməsinə, bu sahədə təhqiqat işinin operativ şəraitdə və müasir tələblərə uyğun təşkil edilməsinə yönəlib.

 

Qeyd edək ki, bununla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali üçün aktual olan iş sahələri üzrə artıq 26 elektron xidməti vətəndaşların istifadəsindədir. Həmin e-xidmətlərə ictimai maraq getdikcə artır və hazırda “Elektron hökumət” portalının istifadəçi kontingentinin mühüm bir hissəsini məhz əmək və sosial müdafiə sistemi üzrə e-xidmətlərdən faydalananlar təşkil edir. Bu ilin birinci yarımilində portalda e-xidmətlərindən ən çox istifadə olunan qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. Bu ilin iyul ayında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən istifadə statistikası artmaqda davam edib və ötən ay əhali nazirliyin e-xidmətlərindən  440 768 dəfə, cari ilin yanvar-iyul aylarında isə 3,6 mln. dəfəyə yaxın faydalanıb. (Modern.az)

Məqalədə : ƏƏSMN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
52922

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51142

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52568

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52260

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57707

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51916

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52302
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 10:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru