Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2016
11:35
1387
Türkiyənin FETÖ-yə görə axtardığı admiral NATO toplantısında - FOTO

FaktXəbər-in verdiyi məlumata görə, İzmirdə Fətullah Gülən camaatının Türkiyə Silahlı Qüvvələri içindəki kadrlarına qarşı açılan cinayət işi çərçivəsində haqqında həbs qərarı çıxarılan və Türk Silahlı Qüvvələrindən uzaqlaşdırılan vitse-admiral Mustafa Zeki Uğurlu Türkiyəyə dönməyərək ABŞ-dan sığınacaq tələb etmişdi.

Türkiyənin Vaşinqtondakı səfirliyindən "Reuters"ə bildirilib ki, Uğurlu 22 iyulda rütbələrini və şəxsiyyət vəsiqəsini bazada qoyub. Bundan sonra ondan xəbər almaq mümkün olmayıb. 

Amma buna baxmayaraq, NATO-nun rəsmi internet saytında yer alan 28 iyul tarixli xəbər çaşqınlıq yaradıb. Xəbərə görə, Uğurlu iyulun 26-da NATO-nun bir toplantısında iştirak edib. Həmçinin Uğurlunun Türkiyədəki çevriliş cəhdindən 11 gün sonra reallaşan NATO Sənaye Məşvərət Qrupunun işçi toplantısında çəkilmiş fotosu da xəbərə yerləşdirilib.

26-27 iyul tarixlərində keçirilən işçi qrupunun iclaslarına yeddi ölkədən 12 nəfərin iştirak etdiyi qeyd olunub.

Uğurlunun iştirak etdiyi toplantının Virciniya ştatının Norfolk şəhərindəki NATO bazasında keçirildiyi bildirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli saxlanıldı - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1290

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
77

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
98

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
327

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
360
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 09:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru