Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Avqust

2016
12:30
1365
Türkiyə-Suriya sərhədində Fransa vətəndaşı olan erməni agent tutulub

2 avqust tarixində Türkiyənin Hatay vilayətində polisin şübhəli bilib dayandırdıqları maşındakı erməni əsilli Fransa vətəndaşı Arthium Aloyan barəsində ölkəyə giriş qadağası olduğu və adının terrorçular siyahısında yer aldığı müəyyənləşdirilib.

HƏRBİ HÜCUM VƏ MÜDAFİƏ PLANLARI VAR

FaktXəbər-in məlumatına görə, saxlanılan Aloyanın üzərində aparılan axtarışda isə münaqişə bölgələrində çəkilmiş fotoşəkillər, xəritə üzərində işarələnmiş hərbi hücum və müdafiə planları, əldədüzəltmə partlayıcılar və bunlara aid kimyəvi maddə görüntüləri, uzaqdan pult üçün istifadə edilən elektron sxemləri əhatə edən video və proqramlar ələ keçirilib. 

İSTANBULDA AİLƏSİ İLƏ GÖRÜŞƏCƏKMİŞ

Hatay İcra Hakimiyyəti tərəfindən verilən yazılı açıqlamada, Suriyada döyüşən və orada tank hücumunda yaralanaraq müalicə alan Aloyan ilk ifadəsində, Türkiyəyə İstanbuldakı ailəsiylə görüşmək üçün daxil olduğunu deyib:

"Şübhəli ilk ifadəsində Ermənistanda yezidilərdən olduğunu, 2002-ci ildə Fransaya köçərək vətəndaşlığı qəbul etdiyini, 2012-ci ildə müsəlman olduğunu, cihad ilə bağlı ayələri oxuduqdan sonra Suriyada fəaliyyət göstərən Əl-Nusraya qoşulmaq üçün 2015-ci ildə Türkiyənin Kilis rayonundan Suriyaya getdiyini və terror təşkilatına qoşulduğunu, 2 ay silahlı təlim aldığını bildirib. O, Əl-Nusra təşkilatı ilə birlikdə döyüşdüyünü, Hələbdə tank atəşi nəticəsində yaralandığını və bir müddət müalicə aldığını, müalicəsi başa çatdıqdan sonra İstanbulda ailəsi ilə görüşəcəyi üçün Türkiyəyə daxil olduğunu, üstündən tapılan görüntüləri internetdən və yoldaşlarından yüklədiyini, telefonla Əl-Nusra barədə danışacaqları zaman öz aralarında yaratdıqları və simvollardan ibarət olan şifrələrdən istifadə etdiklərini deyib. Bundan əlavə Aloyan ermənicə, fransızca, ərəbcə, rusca, ingiliscə və kürdcə bildiyini və danışdığını söyləyib."

Məlumatda bildirilir ki, Aloyanın Türkiyəyə kəşfiyyat məlumatı toplamaq üçün gəldiyi ehtimal edilir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
23

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
24

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
29

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
49

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
65

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
55
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 15:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru