Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2016
16:31
2273
Pomidor-xiyar satıb təyyarə almaq...
Natiq Cəfərli: "Rusiya bizə 1 təyyarə satanda, biz 3 ay maşın-maşın, vaqon-vaqon "pomidor-xiyar" satmalıyıq"

“Rusiya bazarına aqressiv çıxmaq lazımdır, bundan ötrü isə ənənəvi üstünlüyümüz olan sahəni – kənd təsərrüfatını inkişaf etdirməliyik. Bu sahənin inkişafı üçün ciddi düşünülmüş proqramlar, faizsiz, və ya çox aşağı faizli kreditlər, aqrar sahədə innovasiyaların tədbiqi, məhsuldarlığın artırılması lazımdır. Bu da uzaqgörən hökumət istəyir”.

İqtisadçı ekspert Natiq Cəfərli avqustun 8-də Rusiya prezidenti Vladimir Putinin Bakıda Azərbaycanla ticarət dövriyyəsinin artırılması barədə açıqlamalarını şərh edərkən deyib.

İqtisadçı yada salıb ki, Azərbaycan 2016-cı ilin ilk 6 ayında Rusiyaya cəmi 191,7 milyon dollarlıq mal-məhsul ixrac edib. Rusiyadan isə həmin dövrdə 742,7 milyon dollarlıq mal-məhsul idxal edib. Yəni, Rusiya ilə ticarət balasında Azərbaycanın 551 milyon dollarlıq mənfi saldosu var.

N.Cəfərli mənfi saldonu bağlamağa Azərbaycanın əlində o qədər də geniş imkanların olmadığını ifadə edib:

“Biz Rusiya bazarına nə ixrac edə bilərik - kənd təsərrüfatı məhsulları, spirtli və spirtsiz içkilər, vəssalam. Rusiya isə bizə ərzaq məhsullarından tutmuş, avtomobillərə, hərbi texnikaya qədər ixrac edir və bunu artırmaq istəyir. Hər bir ölkə ikili münasibətlərdə aldığından daha çox satmaq istəyir”

İqtisadçı vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında 2017-ci ildə 10 ədəd MS-21 təyyarəsinin alınması ilə bağlı müqavilə imzalanıb:

“Bu təyyarənin hər birinin qiyməti, ortalama, 80 milyon dollardır. Bu ilin ilk 6 ayında biz Rusiyaya cəmi 191 milyon dollarlıq, “pomidor-xiyar” satmışıq. Deməli, Rusiya bizə 1 təyyarə satanda, biz 3 ay maşın-maşın, vaqon-vaqon “pomidor-xiyar” satmalıyıq ki, 1 təyyarənin pulu qədər Rusiyaya mal ixrac edək. Ölkədə valyuta çatışmamazlığını nəzərə alsaq, deməli, Rusiya bizdən daha çox dollar qopardıqca, valyutamız da bahalaşacaq”, ekspert qeyd edib.

Avqustun 8-də Bakıda Rusiya, İran və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli müzakirələr keçirilib.

Rusiya prezidenti Vladimir Putin müzakirələr zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışmış, Azərbaycanla ticarət dövriyyəsinin artırılmasını xüsusi vurğulamışdı. (Azadlıqradiosu)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
975

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2121

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2716

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
88

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
787

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4091

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
74

Boeing-in zavodu sifarişsiz qalıb

18

İyun
14:18
DÜNYA
1845

Ağstafadakı qətliamın DƏHŞƏTLİ VİDEOSU YAYILDI

18

İyun
13:40
HÜQUQ,HADİSƏ
2519

Sabahın hava proqnozu açıqlanıb

18

İyun
12:58
ÖLKƏ
3348

Azərbaycan BMT-yə hesabat verəcək

18

İyun
12:42
ÖLKƏ
2056

Fuad Abbasov həbsi haqda danışdı - Səs yazısı

18

İyun
12:34
HÜQUQ,HADİSƏ
1485

Mişel Platini Fransada həbs olundu

18

İyun
12:21
İDMAN
2992
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 18:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru