Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Avqust

2016
11:41
Məktəbli formaları bahalaşdıqdan sonra QİYMƏTLƏR

Yeni dərsli ərəfəsində məktəbli formalarının qiyməti artırılıb. Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, bu il məktəbli formalarının qiyməti 7 faiz bahalaşıb.

FaktXəbər-in fins.az-a istinadən məlumatına görə, indi qiymətlər  aşağıdakı kimi müəyyən edilib: 

– İbtidai sinif  şagirdləri üçün forma – 37 manat  

– Yuxarı siniflər üçün forma – 46 manat 

Qeyd edək ki, indiyədək kiçik ölçülü  məktəbli forması  34 manat, böyükləri isə 43 manat idi. 

E.Əzimov qiymət artımını manatın devalvasiyası ilə əlaqələndirib: «Biz məktəbli formalarını tikmək üçün bütün xammalı xarici əlkələrdən, əsasən, Türkiyədən alırıq. Onlarla hesablaşmalar da ABŞ dolları ilə  aparılır.  Dollar bahalaşdıqca aldığımız məhsulların qiyməti də artır. Ey zamanda 40 faiz günrük və vürgi rüsumları əlavə olunduqda  qiymər  xeyli yüksəlir». 

Şöbə rəisinin sözlərinə görə, yeni qiymətlər tikiş evinin xərclərini ödəməsə də, əhalinin alıcılıq qabiliyyətini nəzərə alaraq bu cür müəyyən  edilib: «Müəssisəsdə 800 nəfər işçi çalışır. Onların əmək haqqısını təmin etməliyik. Xaricdən aldığımız mallar da bahalaşır. Ancaq biz  təhsilin tələblərini və əhalinin imkanlarını nəzərə alaraq məktəbli formalarının  qiymətini kəskin artıra bilmərik». 

E.Əzimov saxta   geyimlərinin satışının qarşısının  alınması məsələsinə də toxunub. Bildirib ki, ötən il bununla bağlı hüquq-mühafizə orqanlarına edilən müraciətlər nəticəsində 6 nəfər  məsiliyyətə cəlb olunub . 

«Ötən il bir çox  ticarət mərkəzlərində sertifikatsız məktəbli formaları satılırdı.  Bizim şikayətlərimizdən sonra  bu il əksəriyyətində forma satılmır. Ancaq «Sədərək» və «Binə» Ticarət mərkəzlərində  yenə də saxta məktəbli formaları satılır». 

Şöbə rəisi  «Bakı Tikiş Evi»nin istehsalı olan məktəbli formalarının Baknın bütün rayonlarında, eləcə də Xırdalan  və Sumqayıtdakı satış mərkəzlərində satıldığını qeyd edib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 21:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com