Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyul

2016
16:16
Bəzi kişilər döyülməyə görə arvadından şikayət edir - RƏSMİ

Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı qadınlarla yanaşı, kişilər də müraciət edir.

Qurumun İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Report”un sorğusuna cavab olaraq bildirib ki, komitəyə və komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinə 2015-ci ildə məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı 183 müaciət daxil olub: “2014-cü ildə isə komitəyə bu səbəbdən 126 nəfər müraciət edib. Müraciətlərin 98 faizini qadınlar edir. Şikayətlərin çox az faizi, yəni 2 faizə qədəri kişilərdən daxil olub. Kişilərin müraciəti əsasən xəyanət kimi səbələrə görə olur. Uşaq və Ailələrə Dəstək mərkəzlərinə kişilər tərəfindən döyülmə faktı ilə bağlı da müraciətlər daxil olub. Kişilər tərəfindən müraciətlər çox az daxil olduğu üçün belə faktların statistikası hesablanmır”.

Onun sözlərinə görə, son illər ərzində həm Komitəyə, həm də Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı daxil olan müraciətlərlə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində müvafiq tədbirlər həyata keçirilib: "Mərkəzlərimizin əməkdaşları mütəmadi olaraq ailələrlə, məişət zorakılığı qurbanları ilə psixoloji iş aparıb, fərdi qovluqları açıb, ailələr haqqında məlumat toplayaraq nəzarətə götürüb, aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində müvafiq tədbirlər həyata keçirib. Məişət zorakılığı hallarının azaldılması məqsədilə mütəmadi olaraq müxtəlif mövzularda “Zorakılığa yox deyək”, “Erkən yaşda evlilik cinayətdir”, “Sağlam həyat naminə erkən nikaha yox deyək”, “İnsan alverinin qurbanına çevrilməyək” və s. maarifləndirici tədbirlər, dəyirmi masalar, aksiyalar təşkil olunub və çap materialları paylanıb”.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
160

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
185

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
200

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
246

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
235
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 11:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru