Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2016
16:47
1714
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının iclası keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

 

TQDK-dan verilən məlumata görə, iclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın üzvləri Ceyhun Bayramov, Niyazi Hacıyev və Fariz İsmayılzadə iştirak ediblər. Şuranın üzvü Kamil Aydazadə xarici ezamiyyədə olduğuna görə iclasda iştirak etməyib.

 

İclas zamanı TQDK-nın və DQMK-nın həyata keçirdiyi işlər barədə hesabatlar dinlənilib, fikir mübadiləsi aparılıb  və qarşıda duran vəzifələr müzakirə edilib.

 

Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirilən imtahanlar barədə məlumat verib, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılmış müsabiqənin ilkin nəticələrini təqdim edib. Qeyd olunub ki, ötən ilki nəticələrə əsaslanaraq TQDK Azərbaycan və rus bölmələri üzrə birgə müsabiqə aparılmasını təklif etsə də, bəzi ali təhsil müəssisələrinin planında müsabiqənin ayrı aparılması göstərilib. TQDK öz təklifini onunla əsaslandırıb ki, Azərbaycan və rus bölmələrinin kontingentlərinin saylarında kəskin fərq olduğuna görə müsabiqə ayrı aparıldıqda keçid balları arasında da kəskin fərq yaranır. Təhsil nazirinin müavini C.Bayramov vurğulamışdır ki, ali təhsil müəssisələri bu kimi məsələlərin həllində sərbəstdirlər, müsabiqənin birgə aparılması tədrisin təşkilində çətinliklərin yaranmasına (rus bölməsində qrupların komplektləşdirilməməsinə) səbəb olduğundan onlar müsabiqənin ayrı aparılmasına üstünlük verirlər. Müzakirələr nəticəsində qərara alınıb ki, növbəti il plan tərtib olunarkən birgə təhlillər aparılsın.

 

M.Abbaszadənin məruzəsində toxunduğu növbəti məsələ ali və orta ixtisas təhsili müəssisələrinin qabiliyyət komissiyaları üzrə qeydiyyatdan keçənlərin sayı ilə bağlı olunub. Belə ki, qeydiyyatların sayının çox olması qabiliyyət imtahanlarını keçirən ali təhsil müəssisələrini, xüsusilə Rəssamlıq Akademiyasının rəhbərliyinin ciddi narazılığına səbəb olub. Lakin üç istiqamət üzrə aparılmış buraxılış imtahanlarından sonra müsabiqə şərtlərini ödəyərək qabiliyyət imtahanlarına buraxılanların sayı xeyli azalıb, dördüncü istiqamət və əvvəlki illərin məzunları üçün keçiriləcək imtahanlardan sonra da bu rəqəm bir qədər azalacaq. Odur ki, ötən ilki təcrübəni nəzərə alan və abituriyentlərin sərbəst seçiminə imkan yaradan TQDK bildirir ki, qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı heç bir narahatlığa səbəb yoxdur.

 

Sonra sədr üç istiqamət üzrə aparılmış buraxılış imtahanlarının ilkin nəticələrini təqdim etmiş, ötən illə müqayisədə nəticələri yaxşılaşmış rayonlar xüsusi qeyd olunub. Təhsil nazirinin müavini C.Bayramov öz növbəsində qeyd edib ki, nazirliyin həyata keçirdiyi layihə çərçivəsində nəticələri zəif olan bir neçə rayonda xüsusi tədbirlər görülüb, şagirdlər əlavə məşğələlərə cəlb olunub. İclas iştirakçıları belə qənaətə gəliblər ki, yalnız səylər birləşdirildikdə müsbət nəticələr əldə etmək mümkündür. Belə ki, bir tərəfdən TQDK tərəfindən buraxılış imtahanlarının nəticələri əsasında kolleclərə və V qrup üzrə ali məktəblərə qəbul olmaq imkanının yaradılması, digər tərəfdən Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlərin sayəsində buraxılış imtahanlarının nəticələrinin yaxşılaşması müşahidə olunur. (Lent.az)

Məqalədə : TQDK imtahan iclas 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
190

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
295

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
229

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
174

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
193

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
151
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 08:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru