Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2016
11:57
Evakuator sürücüsü qaydaları belə pozur - VİDEO

Bakıda evakuator özündən böyük yük maşını aparır. Görüntülərə baxdıqda aydın olur ki, evakuatorun sürücüsü heç bir təhlükəsizlik qaydasina əməl etmir.

Ekspertlər belə qaydada avtomobilin aparılmasını qanuna zidd hesab edirlər.

Görüntülər səhər saatlarında paytaxtın Nəsimi rayonu Asif Məhərrəmov küçəsində mobil telefonla çəkilib.

Evakuator sürücüsü hərəkətin inteniv olduğu yolda avtomobili üçün nəzərdə tutulmayan yük maşını aparır. İri tutumlu yük avtomobili isə evakuatorun yedəyindən təxminən 1 metrədən çox arxaya çıxıb. Bu həm digər hərəkət iştrakçıları, həm də evakuator sürücüsünün özü üçün böyük təhlükədir.

Ekspert Ərşad Hüseynovun sözlərinə görə, evakuator sürücüsü iri avtomobil apardığı üçün, yükgötürmə qaydalarını kobud şəkildə pozub.

''Yol hərəkəti haqqında”' qanunun 57-ci maddəsinə görə, yük elə yerləşdirilməlidir ki,  aşması, dayanıqlığı, bir metrdən artıq qabağa-arxaya, 40 sm-dən isə sağa-sola çıxmasın.

Məsələ ilə bağlı sözügedən evakuator xidməti ilə əlaqə saxladıq. Özünü Elçin kimi təqdim edən nəzarətçi bildirdi ki, hadisəni araşdıracaqlar. Yük avtomobilinin evakuatorla aparılmasına gəldikdə isə hər bir evakuatora öz çəkisi ilə birlikdə maksimum 5 tona yaxın yük aparmağa icazə verilir.

Bəs yük daşıma qaydasına pozduğuna görə, evakuator sürücüsünə hansı cəza tətbiq edilə bilər? (xezerxeber)

Məqalədə : evakuator qayda 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43386

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41663

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43311

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42777

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48294

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42823

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43254
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 18:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru