Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2016
11:33
1535
`Ağıllı` qurğular mobil telefonları ötəcək

Mütəxəssislər tərəfindən yaxın gələcək üçün proqnozlaşdırılan "Əşyalar interneti" konsepsiyasının çox sürətli inkişafı böyük sayda dəyişikliklərə səbəb olacaq. Məsələn, rabitə xidmətlərinin ödənilməsi sxemi kimi bəzi iqtisadi modellərə yenidən baxılacaq. Analitiklərin proqnozuna əsasən, 2021-ci ilədək "ağıllı" qurğuların satış həcmi mobil telefonları ötəcək və bu, onunla nəticələnəcək ki, "ağıllı" qurğuların internetə qoşulması abunəçilər deyil, müxtəlif xidmətlər tərəfindən ödəniləcək.

"İşləmə sxemi olduqca sadədir: mən internetə pulsuz çıxış əldə edirəm və pulsuz mobil rabitə üçün bonus təqdim edən mağazalardan alış-veriş edirəm" - "Telecom Daily" analitik agentliyinin direktoru Denis Kuskov deyib.

Kuskov bildirir ki, bəzi "ağıllı" qurğulara belə iqtisadi modelə uyğunlaşmaq bir qədər mürəkkəb olacaq, lakin onlar üçün, yəqin ki, müvafiq həllər tapılacaq. Analitik, həmçinin qeyd edib ki, "5G" rabitə şəbəkəsinin inkişafı, həmçinin innovativ proqram həllərinin yaradılması "Əşyalar interneti"nin inkişafını təmin edəcək. (ıctnews.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
163

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
98

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
127

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
160

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
193

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
184

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
739

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
557
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 19:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru