Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2016
10:34
Payızda qeyri-adi Günəş tutulması baş verəcək
AMEA: Bu ilin yayında insanlar beş “astronomik şou”-nu izləyə biləcəklər

"İyunun 21-də insanlar təxminən yarım əsrdir ki, müşahidə olunmayan hadisə ilə tanış olacaqlar".

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən xəbərə görə, həmin gün bədrlənmiş Ay və iyun Günəş dönümü baş verəcək. Növbəti oxşar hadisənin 2042-ci ildə baş verəcəyi gözlənilir: "Yaxın günlərdə Yerin şimal yarımkürəsində Günəşin maksimal dərəcədə hündürlüyə qalxması, cənub yarımkürəsində isə maksimal dərəcədə aşağı enməsi qeydə alınacaq. Bu hadisədən bir müddət əvvəl bədrlənmiş Ay müşahidə olunacaq.

İyul ayının sonlarında isə gecə səmasını Delta-Akvarida adlı meteor axınları bəzəyəcək. 11 və 12 avqust tarixlərində çoxsaylı "düşən ulduz”-ları ilə fərqlənən Perseida meteor axını baş verəcək. Bu astronomik hadisə zamanı saatda 100 meteor axını müşahidə olunacaq. 27 avqust tarixində teleskopsuz görünə bilinməyən Yupiter və Venera planetlərinin yaxınlaşması baş verəcək".

Məlumata görə, payızın ilk günü qeyri-adi Günəş tutulması ilə yadda qalacaq. Bu vaxt Ay Günəşin çox hissəsini bağlayaraq, onun yalnız kiçik “alovlu” hissəsini görünməsinə imkan verəcək. (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43749

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42050

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43672

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43138

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48668

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43120

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43526
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 07:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru