Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2016
13:49
Baş Prokurorluq jurnalistlərin döyülməsi ilə bağlı rəsmi məlumat yayıb

Baş Prokurorluq Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin (ATV) əməkdaşlarının döyülməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətindən FaktXəbər-ə daxil olan məlumatda bildirilib ki, iyunun 4-də jurnalistlərin Şamaxı rayonu ərazisində peşə fəaliyyətlərinin icrası zamanı döyülməsi, təhqir olunması və çəkiliş avadanlıqlarının sındırılması barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş materiallar rayon prokurorluğunda araşdırılıb.

Araşdırmalarla müəyyən edilib ki, ATV-nin cari ilin aprel ayından fəaliyyət göstərən “Yoxlama” layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilə əsasında layihə rəhbəri qismində cəlb edilmiş Azər İsmayılov və layihənin əməkdaşları - Elgün Bayramlı, Loğman İsmayılov, Poland Axundzadə, Arif Quliyev və İlqar Quliyev qeyd edilən tarixdə saat 20 radələrində Şamaxı rayonu ərazisində yerləşən “Şamaxı” restoranında çəkiliş apardıqları zaman restoranın müdiri Hüseyn Allahverdiyev və onun qardaşı oğlu Elşad Osmanov jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaqla onlara müxtəlif bədən xəsarətləri yetirib zor tətbiq edərək ictimai qaydanı kobud surətdə pozan və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq ediblər. Bundan başqa, hadisə zamanı şirkətə məxsus videokamera və mikrofon zədələnib.

Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 163.1 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
170

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
190

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
200

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
246

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
236
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 11:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru