Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2016
11:22
Məzahir Pənahov partiyalardan şəffaflıq istədi

“Sivil dünyada hakimiyyət seçki yolu formalaşdırılmalıdır. Buna görə də siyasi partiyaların rolu çox önəmlidir”.

Bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Siyasi partiyaların maliyyələşdirilməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi” mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, siyasi partiyaların fəaliyyəti ciddi əhəmiyyət kəsb edir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra siyasi partiyalar yarandı. Bu, təbiidir. Hazırda 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Təbii ki, səviyyə baxımından hamısı eyni deyil. Burada qəbahət yoxdur. Partiyalarla qarşılıqlı təmasda olan dövlət qurumlardan MSK ön sıradır”.

Onun sözlərinə görə, siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır: “Hakimiyyət uğrunda mübarizədə bu, önəmli məsələdir. Bəzi məsələlərdə xalqın marağından çıxış etmək lazımdır, xalqın prinsipləri əsasında fəaliyyət göstərmək lazımdır. Bu, ona görədir ki, xarici qüvvələr ölkə daxilindəki proseslərə təsir göstərə bilməsinlər”.(Report)

Məqalədə : Məzahir Pənahov MSK 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
369

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
702
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 18:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru