Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2016
11:59
`Sovetski`də sakinlərlə icra başçısı arasında qalmaqal: `Evimizi sökmə` - VİDEO

"Sovetski”də sakinləri  söküntü işlərinin pərakəndə və ehtiyatsız şəkildə aparılmasına etiraz ediblər. Belə ki, Abbas Mirzə Şərifzadə küçəsi 45 ünvanında, tarixi əhəmiyyətli olan arxitektur bina ona bitişik evlərin ağır texnika ilə sökülməsi nəticəsində qəzalı vəziyyətə düşüb.

Söküntü zamanı binanın su xətləri sıradan çıxıb, mənzillərin içərisinə su dolub. Pəncərələr sınıb, bu isə  evdəki azyaşlı uşaqlara təhlükə yaradıb.

Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub və sakinlərin şikayətlərini dinləyib. 1909-cu ildə tikilən arxitektur binada yaşayan Faiq Əliyev söküntü prosesinin pərakəndə şəkildə aparıldığını dedi: "Günorta saatlarından söküntü aparılır. Yasamalın icra başçısı İbrahim Mehdiyev də gəlib  prosesdə iştirak edir. Binanın arxa tərəfinə bitişik olan evi uçururlar. 

 

Bina zədələndi, mənzilimi içərisinə su doldu. Kompensasiya ödəmədən başımıza belə oyun gətirirlər. Azyaşlı nəvələrim var. 1 iyun uşaqlar bayramında "sürprizlə” qarşıladılar. Heç bir təhlükəsizlik tədbiri aparmadan necə gəldi sökürlər. İcra başçısı məni aldatdı, söz vermişdi ki, sökülməyəcək. Əslində mənə kompensasiya ödədikdən sonra söküntü işləri aparıla bilər. Bu ətrafda binalar bir-birinə bitişik olduğundan divarlar zədələnir, uçma təhlükəsi yaranır. Bütün bunları icra nümayəndələri çox yaxşı bilir. Bir sözlə, icra başçısı mənimlə ədavət aparır”.

Ərazidə olduğumuz zaman icra başçısının müavini Səməd İslamov və bina sakini Faiq Əliyev arasında qalmaqal yaşandı. İcra nümayəndəsi söküntünün qanuni aparıldığını bildirdi: " Bu bina memarlıqda siyahıdan çıxarılıb, söküntüyə gedəcək. Sökülən evlər isə dövlət tərəfindən alınıb. Söküntü zamanı kompensasiya ödənilməyən evlərə heç bir ziyanlıq dəyməyib”.

Abbas Mirzə Şərifzadə küçəsində digər evlərin qonşuluğundakı boş mənzillərdə də söküntü işləri aparılır. Mənzil sahibi evin damına çıxaraq söküntünün qarşısını almağa çalışıb. Ərazidə olan icra başçısı İbrahim Mehdiyev mənzil sahibini aşağı düşüb, onunla söhbət etməsini xahiş edib. Lakin sakin aşağı düşən kimi "sökün” göstərişini verib. Söküntü zamanı ev qəzalı vəziyyətə düşüb. Məişət avadanlıqları sıradan çıxıb. 

Daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz.

Məqalədə : Sovetski qalmaqal 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
230

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
243

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
246

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
321

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
251

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
288

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
485

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
400
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 05:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru