Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2016
15:29
Uşaqlarımızın son 1 ildə internetdə nə ilə məşğul olduqları açıqlanıb

Azərbaycanda son 12 ayda uşaqlar internetdə daha çox (73,65%) internet-kommunikasiya vasitələrinin axtarışı ilə məşğul olublar. Bu barədə "Kaspersky Lab" şirkətinin "Azərbaycanda uşaqlar internetdə nə ilə məşğuldurlar?" adlı statistik məlumatında qeyd edilib.

Şirkətin "Kaspersky Security Network cloud" servisi Azərbaycanda son 1 ildə "Valideyn nəzarəti" məhsulunun işlək vəziyyətdə olan kompüterlərdən uşaqların müxtəlif veb-saytlara girişini hesablayıb.

Ortalama göstəricilərə əsasən, son 12 ayda ölkədə uşaqların 6,66%-i kompüter oyunları, 5,83%-i alkoqol, tütün, narkotik maddələr, 1,70%-i elektron ticarət, 1,52%-i proqram təminatı, audio, video, 1,36%-i porno və erotika, 0,98%-i ədəbsiz leksika, 0,34%-i iş axtarışı, 0,21%-i qumar oyunları, 0,20%-i silah, 0,17%-i zorakılıq və 0,02%-i HTTP-sorğuların (HiperTekst Ötürmə Protokolu) yönləndirilməsi ilə məşğul olublar.

Şikrət bildirir ki, internetdə uşaqlar üçün təhlükələr sırasına təhlükəli axtarış sorğuları və arzuolunmaz kontent, sosial şəbəkələrdə tanımadıqları pisniyyətli şəxslərlə ünsiyyət, düşünülməmiş onlayn alış-veriş, kompüterin zərərverici proqramla yoluxması və internet-asılılıq daxildir.

"Kaspersky Lab"in internetdə uşaqların təhlükəsizliyini təmin "Kaspersky Safe Kids" adlanan yeni proqram vasitəsilə "Windows", "Mac" kompüterləri, "Android", "iPhone" və "iPad" smartfon və planşetlərində ancaq təhlükəsiz sayt və tətbiqetmələrdən istifadə etmək mümkündür. Eyni zamanda proqram uşağın harada olduğundan xəbərdar olmaq imkanı, uşağın internetdə keçirdiyi vaxtın məhdudlaşdırılması, təhlükəli hadisələr və təyin olunmuş qaydaların pozulması haqqında ani bildirişlər, internetdə təhlükəsiz ünsiyyəti təmin edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
120

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
110

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
120
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 17:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru