Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2016
11:29
Üzeyir Cəfərov: Müdafiə naziri mülki şəxs olmalıdır

Türkiyənin yeni nazirlərinin siyahısı təqdim olunub. Burda ən maraqlı məqamlardan biri o oldu ki, vaxtilə müdafiə naziri olmuş İsmət Yılmaz təhsil naziri vəzifəsinə, sənaye naziri Yaşar İşıq isə müdafiə naziri vəzifəsinə gətirilib. Maraqlıdır ki, dünyada belə bir praktika varmı? 

FaktXeber.com məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərlidən münasibət öyrənib.

Üzeyir bəy ilk öncə vurğuladı ki, Türkiyədə müdafiə naziri bizdəki kimi səlahiyyətlərə malik deyil: "Onlarda müdafiə naziri faktiki olaraq hökumətin üzvüdür və hökumətdə, Parlamentdə, yaxud ayrı-ayrı ölkələrdə Silahlı Qüvvələrin lobbiçisi kimi iştirak edir. Bütün işlər Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən həyata keçirilir. Bir müddət öncə bu məsələni gündəmə gətirmişdik ki, Azərbaycanda da yaxşı olardı müdafiə naziri mülki şəxs olsun, bütün səlahiyyətlər isə Baş Qərargaha verilsin. Çünki Baş Qərargah rəisi bu gün bütövlükdə ordunun döyüş hazırlığına cavabdeh şəxsdir".

Ekspert burada təəccüblü bir şey olmadığını vurğuladı: "İsmət Yılmaz uzun illər müdafiə naziri olub, bu gün də təhsil sahəsini irəli aparacaq. Burda fərdlər məsələni həll eləmir, şəxsin rütbəsinin olub olmaması o qədər də önəmli deyil. Dünyanın bir sıra ölkələrində, bu praktika öz həllini tapır. Qardaş Gürcüstanda, Pribaltika ölkələrində, Fransada da müdafiə nazirləri xanımdır".

Müsahibimiz onu da bildirdi ki, bu, NATO sistemidir: "Müdafiə naziri mülki şəxs olur, qərargahı isə hərbçi idarə edir, bütün ölkənin müdafiəsi, təhlükəsizliyi sırf onun çiynində olur". 

Bəs görəsən, Azərbaycanda da bunu tətbiq etmək olarmı?

Hərbi ekspert bunun mütləq lazım olduğunu dedi: «Hesab edirəm ki, müdafiə naziri mülki şəxs olmalıdır. Bütün səlahiyyətlər gələcəkdə Baş Qərargaha verilməlidir. Türkiyədə bu illərlə özünü doğrultmuş və sınaqdan çıxmış bir məsələdir. Nədən də olmasın. Burada söhbət ölkənin maraqlarından getməlidir. Müdafiə naziri ordunun maraqlarını ölkədə, parlamentdə, xaricdə təmsil edən şəxsdir».

Müdafiə naziri seçilmiş mülki şəxs hər hansı bir partiyanın nümayəndəsi olsa, ziddiyyət yaratmazmı?

Üzeyir Cəfərli bildirdi ki, müdafiə naziri partiyalığı olmayan şəxs seçilməlidir: "Onun partiyaya bağlılığı cəmiyyətdə birmənalı qarşılanmaz. Sərbəst olmalıdır, vətəninə, millətinə, dövlətinə bağlı insan olmalıdır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5648

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4613

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6195

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6210

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
8142

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5936
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-07-2020 09:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru