
Yasamal rayonu “Sovetski” adlanan ərazidə, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, dövlət mühafizəsində olan çox sayda daşınmaz tarixi-memarlıq abidələri mövcuddur. Hazırda bu abidələri məhv edirlər.
Bunu “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin rəhbəri Fəxrəddin Gözəlov bildirib.
F.Gözəlov deyib ki, abadlıq işləri ilə əlaqədar olaraq, “Sovetski”də kütləvi söküntü işləri aparılır. “Dövlət mühafizəsində olan tarixi-memarlıq abidələrinin monitorinqi aparılıb və Nazirlər Kabineti bəzi abidələrin saxlanılmasına qərar verib. Buna baxmayaraq, Yasamal Rayon İcra Hakimiyyətinin söküntü komissiyası saxlanılması qərara alınan daşınmaz tarixi-memarlıq abidələrinin çoxunun heç bir hüquq müəyyənedici sənəd olmadan sökülməsinə qərar verib”, - deyə F.Gözəlov əlavə edib.
Təşkilat rəhbəri deyib ki, dövlət mühafizəsində olan tarixi-memarlıq abidələrində yaşayan sakinlər öz mənzillərindən köçürüldükdən sonra, abidə bərbad hala salınır, foto çəkilir və aidiyyəti qurumlarla razılaşdırılmadan bir günün içərisində məhv edilir. Hazırda M.Əliyev küçəsi, 124 ünvanında yerləşən 1900-cü ilə aid, inventar nömrəsi 3619 olan abidə söküntü komissiyası və “Azəravtoyol” ASC tərəfindən ağır texnika ilə məhv edilir: “Yasamal rayon, M.Sübhi küçəsi, 63 ünvanında yerləşən, 1908-ci ildə inşa olunmuş, 3607 inventar nömrəli dövlət mühafizəsində olan məscidin sökülməsi prosesinə Yasamal RİH-nin söküntü komissiyası tərəfindən heç bir hüquq müəyyənedici sənəd olmadan hazırlıq işləri aparılır”.
Yasamal Rayon İcra Hakimiyyətindən isə tarixi abidələrin sökülməsi ilə bağlı suala şərh vermək istəməyiblər.

Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalıdır"
20
Aprel- 20-04-2021 17:06 ETSN: Acınohur gölü quruyur
- 20-04-2021 17:00 Bu gün 15 minə yaxın şəxs vaksin vurdurub
- 20-04-2021 16:45 Deputatlar 18 məsələnin müzakirəsinə toplaşır
- 20-04-2021 16:34 Son sutkada nə qədər adam yoluxub?
- 20-04-2021 15:35 Ramazan bayramında rayonlara gediş-gəliş bağlanacaq? - AÇIQLAMA
- 20-04-2021 14:10 Yağış yağacaq, güclü külək əsəcək
- 20-04-2021 12:22 Yol polisi reyd keçirdi: 200-ə yaxın şəxs cərimələndi - FOTO
- 20-04-2021 12:00 İlham Əliyev Hacıqabuldadır
- 20-04-2021 09:59 Həkim: “Koronavirusdan sağalan gənclərdə 2-3 ay sonra fəsadlar yaranır” - VİDEO
- 19-04-2021 16:49 Şuşada İsa bulağının ərazisinə elektrik enerjisi verilib
- 19-04-2021 16:48 Son sutkada yoluxanların sayı açıqlandı
- 19-04-2021 15:56 Atası Kəlbəcərdə ölən oğluna şəhid statusu istəyir
- 19-04-2021 15:54 Xətaidəki parkın təmirinə 5 milyon ayrıldı
- 19-04-2021 13:35 Azərbaycan bir neçə ölkəyə yeni səfir təyin edib
- 19-04-2021 13:13 Sabahın hava proqnozu açıqlandı
- 19-04-2021 12:45 Azərbaycan-İran sərhədində silahlı insident: Dörd nəfər ələ keçdi
- 19-04-2021 12:30 Azərbaycanda nə qədər insan taksidən istifadə edib?
- 19-04-2021 11:41 Azərbaycanda üç vəzifəli şəxs barəsində cinayət işi başlanıldı
- 19-04-2021 11:11 Azərbaycanda koronavirusa ən çox yoluxma harada qeydə alınıb? - RƏSMİ
- 19-04-2021 10:58 Altı ay komada qalan daha bir hərbçimiz şəhid oldu
- 19-04-2021 09:19 Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir - FOTO
- 17-04-2021 13:15 Ramana və Sabunçu qəsəbəsində yaşayanlara ŞAD XƏBƏR
- 17-04-2021 12:31 Sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 17-04-2021 11:52 Bakıda top mərmisi aşkar edilib - FOTO
- 17-04-2021 10:40 Hansı nağdsız ödənişlərə ƏDV tutulur? - Dövlət Xidməti AÇIQLADI