Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 May

2016
13:02
7079
Telefonunuzda bu funksiyanı söndürməsəniz... ARAŞDIRMA

Yüksək texnologiyalar dünyasında  özümüzü nə qədər inkişaf etmiş  hissə etsək də, əslində bir o qədər zəif oluruq. Paradoksdur, deyilmi? Ancaq smartfon, ya iPhone alarkən, sosial şəbəkələrdə akkauntları qeydiyyatdan keçirdikdən sonra, biz özümüz də istəmədən  şəxsi məlumatlara giriş qapısını açırıq. Telefon - casus üçün əsl tapıntıdır.

FaktXeber.com olaraq sizlərə bunun necə baş verdiyini və bunun qarşısını almaq üçün nə etməli olduğunuzu araşdırdıq.

Sən demə, elektron dostumuz hər bir addımımızı izləyir və hər bir hərəkətimiz barədə məlumat ötürə bilir: harda olmuşuq, tarix və saat… Bu möcüzə funksiya  «Frequent locations» («Mütəmadi istifadə olunan ünvanlar») adlanır. O, məxfilik tənzimləmələrinin  dərinliklərində qorunur.

Nyu-York polis detektivi və mühafizə sistemləri üzrə ekspert  C.Brosnanın sözlərnə görə, «Frequent locations» hüquqmühafizə orqanları üçün əsil pandora qutusudur. Qoşulmuş funksiya müstənqtiqlər üçün  çox əlverişlidir. Çünki  geolokasiya  söndürülərsə, faktiki olaraq  şəxsi məlumatlara girişin qarşısı alınır.

Bəs bu funksiyanı  mobil qurğuda necə söndürmək olar?

Bununla bağlı bir neçə tövsiyəni təqdim edirik.

Apple istifadəçiləri üçün

1. «Tənzimləmələr»ə keç

2. Sonra «Gizlilik ayarları»na keç

3. «Lokasiya xidməti»nə gir

4. «Mütəmadi istifadə olunan ünvanlar»ı («Çastıe adresa»/ Frequent locations) seç və «Söndür» düyməsinə bas

Android istifadəçiləri üçün

1. «Tənzimləmələr»ə keçi

2. «Lokasiya»nı seç

3. Ardınca «Google lokasiyasının tənzimləmələri»

4. «Lokasiya xəbərdarlığı»nı və «Lokasiya tarixi»ni seç. Onları bağla.

5. Həmçinin «Lokasiya tarixi»ndə «Lokasiya tarixini ləğv eləmək» düyməsini vura bilərsən.

6. Bu addımı mobil qurğunda hər bir Google akkauntu üçün təkrarla.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1731

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
138
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 21:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru