Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2016
12:55
Uşaqların bağçalara qəbulunda YENİLİK

Gələn ildən başlayaraq Azərbaycanda ali təhsil müəssisələrinin tələbələri arayış və sənədləri elektron qaydada əldə edə biləcəklər.

 

Bu, Azərbaycan prezidentinin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb. Plana əsasən ali təhsil müəssisələri, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2017-2018-ci illərdə ali təhsil müəssisələrinin informasiya sistemlərinin formalaşdırılması, tələbələrə verilən arayış və sənədlərin elektron formada əldə edilməsi və təhsil haqlarının elektron formada ödənilməsini təmin etməlidir.

 

Bakı Şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti orqanları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  isə 2016-2017-ci illərdə məktəbəqədər  təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron xidmətin yaradılmasını təmin etməlidir. Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə isə 2017-ci ildə ümumtəhsil məktəbləri, lisey və gimnaziyalara qəbulla bağlı elektron sənəd qəbulu sisteminin əhatəsinin genişləndirilməsi və regionları əhatə etməsini təmin etmək tapşırılıb. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : uşaq bağça elektron 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 19:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com