- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Yenə Türkiyədə terror və yenə də qan. Adi əsgərin, vətəndaşın qanı axıdılır və kimlərsə də bundan yararlanır.
Bu gün baş nazir Davudoğlu ötən gün Ankarada baş verən terror olayında kürdləri müqəssir bildi. Əlbəttə, təkcə kürdləri yox, Bəşşar Əsədi də onlara qatdı. Davudoğlu, "kürdlər Əsədlə dostluq etdiyinə görə, deməli Əsəd də bu terrorda günahkardır və elə bu baxımdan Suriya hökumətinə qarşı addım atmaq bizim haqqımızıdır" söylədi.
Əlbəttə, kürdlər Ankara olayında əli olmadıqlarını qəti şəkildə rədd ediblər. Ancaq sual ondadır ki, niyə belə bir dəhşətli terror olayı məhz bu zamana təsadüf etdi?
Hamıya məlumdur ki, Suriyada terror qruplaşmalarını dəstəkləyən Səudiyyə Ərəbistanı və AK Partiya hökuməti bu gün, bu ölkədə baş verənlərdən olduqca narahatdırlar. Suriya ordusu və könüllü qüvvələri son vaxtlar xaricdən gələn və maliyyəşən terror qruplaşamalarına qarşı uğurlu əməliyyatlar həyata keçirirlər.
Türkiyənin hazırkı hökuməti isə qonşu ölkələrə qarşı qanunsuz müdaxilələrini pik həddinə çatdırıb. İş o yerə çatıb ki, Suriyaya qarşı müttəfiq arayıb, bu ölkəyə hücum etmək niyyətindədir. Təbii ki, ABŞ-dan asılı bir ölkə onun yaşıl işığı olmadan, belə bir işi görə bilməz. Elə bu baxımdan, bir neçə gündür ki, rəsmi Ankara Suriyadakı terrorçulara yardım etməkdə uğursuzluqla üzləşib. Səudiyyə Ərəbistanı da eyni durumdadır.
Davudoğlunun bugünkü fürsəttələb çıxışı isə insanı Ankara olayı ilə bağlı düşünməyə vadar etməyə bilməz. Yadınızdadırsa, ötən parlament seçkilərinin birinci turunda ciddi səs azlığı ilə üzləşən AK Partiyanın məğlubiyyət ehtimalından sonra bu ölkədə silsilə terror aktları işə düşdü. Nəticə isə göz qabağındadır. İkinci turda AK Partiya seçkiləri uddu. Bu gün də oxşar durum, başqa bir aspektdə AKP hökumətinin məğlubiyyətlə üzləşdiyini göstərir. Ötən gün baş vermiş terror aktı, hər bir vəchlə Suriyaya girmək istəyən rəsmi Ankara üçün əsl girəvə olub. Sanki Suriyaya təcavüz etməkdə tərəfdaşsız qalan Anakara, terror aktından sonra özünü qonşu ölkəyə qoşun yeritməkdə “haqq” sahibi kimi sırımağa çalışır.
Suriyaya terrorçuluğu digər mürtəce ölkələrlə birgə AK Partiya hökumətinin gətirdiyi hamıya gün kimi aydındır. Sadəcə bu iş Qərbin də marağında olduğundan, kimsə bu ölkələrə "gözün üstə qaşın var" deyə bilmir.
Bəlkə də AKP hökuməti getdikdən sonra Davudoğlu-Ərdoğan hakimiyyətinin regionu terror vasitəsilə viran qoyduqları haqda faktlar beynəlxalq məhkmələrinin masasına çıxarılacaq.
Bizə ancaq kimlərinsə siyasəti üzündən günahsız şəkildə ölən insalara rəhmət diləmək qalır. Allah rəhmət etsin.
- 14-02-2019 14:59 Qərblə Rusiya növbəti “rinq”i hansı ölkədə quracaq?
- 11-02-2019 14:29 Mələkləri qətlə yetirən Səud rejimi qana doymur
- 09-02-2019 12:29 “Erməni arzusu”na çevrilməkdə olan “Gürcü arzusu”
- 07-02-2019 16:48 İraqda ABŞ-a qarşı silahlı üsyan baş verə bilər- ANALİZ
- 06-02-2019 15:09 Venesuelada baş verənlər nəyi isbatlayır?
- 06-02-2019 10:49 ABŞ-ın xaotik Yaxın Şərq siyasəti - ANALİZ
- 24-01-2019 16:19 Gücün şəhvətinə düçar olanlar - Venesuela
- 19-01-2019 12:30 Ermənistan Bakı-Tiflis-Qarsa qoşulmaq istəyir - blokadanın sərt diktəsi
- 18-01-2019 11:47 Paşinyan Sarqsyana niyə toxunmur?
- 15-01-2019 15:54 Suriya müharibəsinin əsas səbəbi hələ də gündəmini qoruyur
- 14-01-2019 16:09 Suriyada səfirliklər açılır: SƏBƏB MƏĞLUBİYYƏTDİR
- 11-01-2019 12:07 Neft ölkələri siyasi risk altında - ANALİZ
- 09-01-2019 14:34 Əfqanıstan - ABŞ imperiyasının tənəzzül simvolu kimi
- 29-12-2018 11:32 Kreml İrəvana yenə “diş” göstərdi - işğalçıya Yeni il öncəsi hədə kimi ismarış
- 21-12-2018 17:01 YƏMƏN - Səudiyyənin gələcəyi üçün şah damarı
- 21-12-2018 09:34 Bayram Səfərovla bağlı qərarın SƏBƏBİ
- 20-12-2018 13:12 ABŞ-ın "terrorla mübarizə" adı ilə növbəti hədəfi: AFRİKA
- 20-12-2018 09:01 Proqnoz: 2019-cu ildə dünyada quraqlıq və aclıq artacaq
- 12-12-2018 15:22 "Nyu York Tayms": Yəməndə ABŞ istehsalı olan faciə yaşanır
- 10-12-2018 11:20 Sözün məsuliyyəti və manatın məzənnəsi
- 08-12-2018 12:30 Qərb istismarı tarixinin utanc səhifələri: “İnsan zooparkları”
- 06-12-2018 11:30 Bakı metrosunda gördüklərimiz və ya Afina heykəllərinə qayıdış?
- 01-12-2018 11:20 Ermənistanın taxıl blokadası başladı - İrəvanın Zurabişvili ümidi
- 30-11-2018 16:25 Sabahının sual altında olduğu düşünülən bugünkü Rusiya
- 29-11-2018 10:26 Paşinyanın "Mənim addımım" blokunun "qorxaq addım"ı