Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2016
11:08
1683
Yol qəzalarında piyada ölümü halları niyə artır?

Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri zamanı, xüsusən də piyadaların vurulması ilə nəticələnən qəzalarda əksər hallarda sürücülər günahkar hesab edilir. Bu, ölkədə baş verən yol qəzalarının rəsmi statistikasında da görünür.

Rəsmi statistikaya görə, ölkənin avtomobil yollarında piyadaların vurulması ilə nəticələnən yol qəzalarının 98 faizində sürücü günahkar hesab edilir. Hətta piyada keçidi olmayan ərazilərdə belə piyadalar vurulursa, bu halda piyadalar deyil, sürücülər daha çox məsuliyyət daşıyırlar.

Yol qəzalarının 98 faizində niyə sürücülər günahkar hesab edilir?

Artıq neçə illərdir ki, Daxili İşlər Nazirliyinin Respublika Dövlət Yol Polisi İdarəsi tərəfindən avtomobil yollarında piyada zolağı olmayan ərazilərdən keçən piyadalar cərimələnir. Bu proses Bakı şəhərində daha ciddi şəkildə həyata keçirilir. Amma buna baxmayaraq piyadalar yenə də piyada zolağı olmayan yerlərdə yolu keçməklə özlərinin və digərlərinin həyatını təhlükəyə atırlar. Bakıda əhalinin sıx olduğu ərazilərdə yeraltı və yerüstü keçidlər olsa da, piyadalar həmin keçidlərdən istifadə etmədən yolun hərəkət zolağından keçməyə cəhd edirlər. Nəticədə ay ərzində onlarla piyada yol qəzalarının qurbanı olur, həyatını itirir və ya müxtəlif dərəcəli bədən xasarətləri alır. Əksər hallarda da bu cür baş verən yol qəzalarında piyada deyil, sürücü günahkar hesab edilir.

Qanunvericilik nə deyir?

Əslində, qanunvericilikdə belə deyil. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, “Yol Hərəkəti Qaydaları” və İnzibati Xətalar Məcəlləsində yollarda baş verən yol-nəqliyyat hadisələrində sürücü ilə yanaşı, piyadanın da məsuliyyəti göstərilib. Bununla bağlı qanunvericilikdə boşluq yoxdur. Qanunvericilik imkan verir ki, baş vermiş yol qəzalarında sürücü ilə yanaşı, piyadanın da məsuliyyəti müəyyənləşdirilsin və hadisəyə obyektiv hüquqi qiymət verilsin. Amma Azərbaycan praktikasında bu hadisələr araşdırılarkən sonda piyada məsuliyyətdən yayındırılır və bir çox hallarda məsuliyyət sürücünün üzərində qalır.

Məsələn, qanunvericiliyə görə, piyadanın avtomobil yollarında yalnız piyada keçidindən istifadə etməsi vacib hesab edilib. Bundan başqa, sənəddə piyadaların yollarda piyada zolağı olmayan ərazisindən keçməsi qadağan olunub və bunun üçün müvafiq miqdarda cərimələr də nəzərdə tutulub. Əhalinin və avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə yol polisi bu cür hallara nəzarət edir və gün ərzində onlarla piyada cərimələnir, onların avtomobil yollarına çıxmasının qarşısı alınır. Amma buna baxmayaraq, yenə də piyadaların avtomobil yollarında piyada zolağı olmayan ərazilərdən keçməsi halları hələ də var. Əksər hallarda piyadaların vurulması hadisələri məhz piyada zolağı olmayan ərazilərdə baş verir. Amma hadisədən sonra aparılan araşdırmalarda əksər hallarda sürücülər məsuliyyətə cəlb edilir.

Qonşu ölkələrlə Azərbaycanın müqayisəsi

Əksər xarici ölkələrdə, xüsusən də Azərbaycanla qonşu ölkələr - Türkiyə, Rusiya, Gürcüstan və İranda avtomobillərin hərəkət zolağında piyadaların vurulması zamanı sürücü əksər hallarda məsuliyyət daşımır. Az hallarda bu cür hadisələr zamanı sürücü məsuliyyət daşıyır. Hadisələr obyektiv araşdırılır və sürücünün günahı olduğu sübuta yetiriləndən sonra sürücü məsuliyyətə cəlb edilir. Bu hallar isə ondan ibarət olur ki, hadisə baş verən ərazidə sürücü qanunvericiliklə nəzərdə tutulan sürət həddini aşarsa, sükan arxasında sürücünün diqqətini yayındıran vasitələrdən (telefonla danışmaq, komputer və digər avadanlıqla məşğul olmaq) istifadə edərsə və ya spirtli içki qəbul edərsə, sürücünün sərxoşluğu faktı aşkarlanarsa və sair. Bu cür hallarda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sürücünün günahı sübuta yetirilərsə, sürücü məsuliyyətə cəlb edilir. Amma bu cür hallar olmadığı halda sürücünün heç bir günahı olmadığı halda yol qəzaları baş verərsə, bu zaman sürücü məsuliyyətdən azad edilir.

Azərbaycanda niyə belə deyil? Azərbaycan qanunları qonşu ölkələrin qanunvericiliyindən daha təkmil olduğu halda, piyada bəzi hallarda məsuliyyətdən niyə yayındırılır?

Digər ölkələrdə baş verən yol qəzalarının 50-60 faizi sürücünün, 40-50 faizi isə piyadanın günahı hesab edilir.

Azərbaycanda piyadaların piyada keçidi olmayan ərazilərdən avtomobil yollarını keçməsi hallarının qarşısı alınmadığı üçün yollarda piyada vurulma hadisələri artır. Bununla bağlı Daxili İşlər Nazirliyi və Respublika Dövlət Yol Polisi İdarəsinin tərəfindən görülən tədbirlərin artırılmasına, eyni zamanda, piyadaların məsuliyyətinin artırılması ilə bağlı təbliğat tədbirlərinin gücləndirməsinə hələ də ehtiyac var.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
40

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
92

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
85

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
638

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
458

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
303

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
255

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
254

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
404

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
485
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 11:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru