
"Sovetski"nin söküntü aparılan ərazisində köçürülməmiş 700-ə yaxın mənzil qalıb. Bunu Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamov deyib.
Onun sözlərinə görə, hazırkı mərhələdə isə köçürülməsi nəzərdə tutulan ərazidə yeni yolların və kommunikasiya xətlərinin çəkilişi nəzərdə tutulur. Lakin bu layihənin yerinə yetirilməsi üçün hazırda köçürülmə işlərinin tam başa çatdırılmaması müəyyən çətinliklər yaradır. "Belə ki, boşalmış ərazidə köçürülməmiş 700-ə yaxın mənzil var. Köçürülmənin başa çatdırılmamasına səbəb ev sahibləri tərəfindən mənzillərin qiymətləndirilməsində qeyri-real tələblərin irəli sürülməsidir. Bu isə nəzərdə tutulan layihənin gecikdirilməsi ilə yanaşı, ətrafda yaşayan sakinlərin öz mənzillərinə təhlükəsiz gediş-gəlişində, kommunikasiya xətlərindən istifadə və ərazinin sanitar təmizliyinin təmin edilməməsində problemlər yaradır".
"Sovetski"
Köçürmə Komissiyasının sədrinin sözlərinə görə, 2014-cü ilin əvvəllərindən başlayaraq Yasamal rayonunda “Sovetski” kimi tanınan ərazidə yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi tədbirləri davam etdirilir. Görülən işlərin ilk nəticəsi olaraq köçürülmüş ərazidə Nəriman Nərimanov heykəlindən Hüseyn Cavid parkına qədər yeni 4 zolaqlı avtomobil yolu və istirahət parkı keçən ilin oktyabr ayından əhalinin istifadəsindədir.
Qeyd edilən ərazidə artıq 8766 təsərrüfatın ölçü və qiymətləndirmə işləri aparılıb. İlkin mərhələdə köçürülməsi nəzərdə tutulan 3500 təsərrüfatın 2868-i ilə razılaşma əldə edilərək alğı-satqı aparılıb. 2320 mənzil sökülərək ərazi boşaldılıb.
Bu vaxta qədər söküntüyə məruz qalan mənzillərin satınalınması mülkiyyət sahibləri ilə könüllü alğı-satqı yolu ilə həyata keçirilib.
"Sovetski"də mənzillərin statistikası
Mənbə:"Yasamal Rayon İcra Hakimiyyəti"
Komissiya sədri deyir ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və qeyd edilən ərazidə köçürülmə tədbirlərinin başa çatdırılması məqsədilə Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyaclarının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 11 noyabr 2015-ci il tarixli 358 saylı qərarı imzalanıb.
Salınacaq yeni yolların və kommunikasiya xətlərinin layihəsi təsdiq olunub və artıq bu işlərə də başlanılıb. Çəkiləcək yeni yollar Qış Bulvarının davamı olaraq Azərbaycan Milli Dram Teatrından Nəriman Nərimanov prospektinədək, Nizami metrosunun yaxınlığından Balababa Məcidov, Abdulla Şaiq, Süleyman Rəhimov küçələrinin əhatə etdiyi boşalmış ərazilərdə salınacaq.
"Sovetski"
Səməd İslamov "Sovetski" ərazisində yerləşən tarixi abidələrin taleyinə də aydınlıq gətirib. Onun sözlərinə əsasən, ərazidə 171 tarixi abidə var ki, bunun 76-sı Nazirlər Kabinetinin və Mədəniyyət Nazirliyinin qərarı ilə tarixi əhəmiyyətə malik olmadığından söküləcək. Hazırda daha 8 tarixi bina, o cümlədən Mirzəağa Əliyev, 115-də yerləşən Abbas Mirzə Şərifzadənin evi ilə bağlı Elmlər Akademiyası və Mədəniyyət Nazirliyi tərəfindən araşdırma aparılır. Onların gəldikləri qərardan sonra bəlli olacaq ki, həmin binalar da sökülsün, ya yox.
Abbas Mirzə Şərifzadənin evi

Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
09
Aprel
BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
09
Aprel- 10-04-2021 12:33 Bazar günü Bakıda yağış yağacaq, külək əsəcək
- 10-04-2021 12:31 Nazir polkovnik-leytenantı xidmətdən qovdu
- 10-04-2021 10:56 Dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 700-ü ötüb
- 09-04-2021 16:40 Son sutkada nə qədər adam yoluxub?
- 09-04-2021 15:53 Sabah küçəyə çıxmamaq tövsiyə olunur
- 09-04-2021 15:23 Ramazan ayı ilə bağlı fətva verildi
- 09-04-2021 14:19 Prezident ona general-mayor rütbəsi verdi
- 09-04-2021 14:11 Sabaha olan hava proqnozu açıqlandı
- 09-04-2021 12:59 Müddətsiz əlillik hansı hallarda verilir? - Nazir açıqladı
- 09-04-2021 12:50 İranda koronavirusa görə bütün sahələr 10 günlük bağlanır
- 09-04-2021 12:36 Azad olunmuş ərazilərdə modul tipli yataqxanalar quraşdırılır - VİDEO
- 09-04-2021 12:17 Şəhid ailələrinə 11 min mənzil veriləcək - RƏSMİ
- 09-04-2021 10:59 Bakıda yol çökdü: “Azərsu” ASC hərəkətə keçdi
- 09-04-2021 10:48 Son 3 ayda yol qəzalarında ölən piyadaların sayı açıqlandı
- 09-04-2021 10:20 “Media haqqında qanun” layihəsi üzərində iş yekunlaşır
- 08-04-2021 16:38 Səhiyyə Nazirliyi aptekləri cərimələdi - SİYAHI
- 08-04-2021 16:30 "Zamanla bütün ölkədə peyvəndləməni TƏBİB həyata keçirəcək"
- 08-04-2021 15:15 Ermənistanla dövlət sərhədində yeni hərbi hissə fəaliyyətə başlayıb
- 08-04-2021 14:45 Bakı metrosunda gediş haqqının ödənilməsində yenilik gözlənilir - RƏSMİ
- 08-04-2021 13:19 Sabahın hava proqnozu açıqlandı
- 08-04-2021 12:07 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
- 08-04-2021 11:38 Azad olunan ərazilərdə xidmət edən hərbçilərlə görüşlər keçirilir
- 08-04-2021 11:15 Partiya sədrinin müavini komadadır, arvadı isə öldü
- 07-04-2021 15:29 Allahşükür Paşazadə Ramazan ayının başlanma tarixi ilə bağlı iradlara münasibət bildirib
- 07-04-2021 15:08 Səhiyyə Nazirliyinin səlahiyyətləri TƏBİB-ə verilir